Pompey sakinlərinin Vezuvi fəlakətindən sonra geri döndükləri kəşf edildi

Pompey sakinlərinin Vezuvi fəlakətindən sonra geri döndükləri kəşf edildi
8 avqust 2025
# 10:10

Yeni arxeoloji tapıntılar göstərir ki, eramızın 79-cu ilində Vezuvi vulkanının dağıdıcı püskürməsindən sonra sağ qalanlar və bəlkə də yeni gələnlər Pompeyəyə geri dönərək şəhərdə həyatı yenidən qurmağa çalışıblar.

Kulis.az xəbər verir ki, qazıntılar zamanı binalarda dağıntılardan sonra edilən dəyişikliklər, məişət fəaliyyətləri izləri və bəzi strukturların yenidən istifadəyə verildiyi aşkar edilib.

Tədqiqatçılar bu dövrü qeyri-rəsmi, zəif infrastrukturla təmin olunmuş, favelaya bənzər bir yaşayış məntəqəsi kimi qiymətləndirirlər.

Roma evlərinin zirzəmiləri çörəkbişirmə sobalarına və dəyirmanlara çevrilib, yuxarı mərtəbələr isə yenidən yaşayış üçün istifadə olunub.

Arxeoloqlar bu vəziyyəti "keçmiş Pompeyənin xarabalıqları arasında qurulmuş köçəri bir düşərgə" kimi təsvir edirlər.

Alimlər hesab edirlər ki, bu qeyri-rəsmi yaşayış forması V əsrə, yəni "Pollena püskürməsi" adlı digər bir vulkanik fəlakətə qədər davam edə bilər.

Qeyd edək ki, bu yeni tapıntılar Pompeyin tarixində indiyədək az bilinən bir mərhələni gün üzünə çıxarır.

# 1631 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
Türkiyəli məşhur müğənni vəfat etdi

Türkiyəli məşhur müğənni vəfat etdi

14:30 14 oktyabr 2026
Maykl Ceksonun  "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

Maykl Ceksonun "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

14:00 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər