“Poeziya Xəzrisi” bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Poeziya Xəzrisi” bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
11 dekabr 2025
# 13:47

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsinin qaliblərinin adı açıqlanıb.

Kulis.az xəbər verir ki, bu barədə muzey məlumat yayıb.

Bildirilib ki, müsabiqə Prezident İlham Əliyevin Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı əsasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati dəstəyi, “Qanun” nəşriyyatı və “MİMTA” yayınlarının tərəfdaşlığı ilə gerçəkləşib.

Tədbirdə Mədəniyyət Nazirliyi kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılov və MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxış ediblər. Bildirilib ki, müsabiqə Nəbi Xəzri irsinin təbliği, bədii qiraətçilərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, bu sahəyə marağın artırılması, gənclərin bədii-estetik zövqünün zənginləşdirilməsi məqsədilə təşkil olunub.

Nəbi Xəzrinin oğlu Arzu Babayev atasının yaradıcılığına göstərilən diqqətə görə müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib.

Müsabiqənin münsiflər heyətinin üzvləri Əməkdar artist, professor Azad Şükürov, şair, dramaturq Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi müsabiqə barədə məlumat veriblər.

Müsabiqədə 50-yə yaxın namizəd arasından seçilən 14 iştirakçı finala vəsiqə qazanıb. Onlardan Anar Əhmədov I yerə, Ramil Hüseynzadə və Hüseynağa Aslanov II yerə, Səma Ağazadə isə III yerə layiq görülüblər.

Tədbirin bədii hissəsində Bakı şəhəri M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin müəllim və şagirdləri tərəfindən Nəbi Xəzrinin “Dəniz, göy, məhəbbət”, “Şəklinə baxıram”, “Söylə, bəs hardaydın”, “Külək”, “Dərdsiz adam axtarmayın”, “Kimi nə gözləyir?”, “Mənim ürəyimdir” şeirləri səsləndiriliblər. Həmçinin Xalq şairinin sözlərinə bəstələnmiş “Durnalar”, “Dərələr”, “Qəlbimdə qaldın” və “Azərbaycan” mahnıları ifa olunub.

# 1283 dəfə oxunub

Oxşar xəbərlər

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər