“Nizami Gəncəvi 880” kitabının təqdimatı keçirildi

“Nizami Gəncəvi 880” kitabının təqdimatı keçirildi
6 dekabr 2022
# 16:13

3 dekabr 2022-ci ildə Sankt-Peterburq şəhərində yerləşən V. V. Mayakovskiy adına mərkəzi şəhər kitabxanasında “Nizami Gəncəvi 880” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, təqdimatı giriş sözü ilə kitabxananın nəzdində yerləşən Şərq mədəniyyəti mərkəzinin direktoru Mariya Zuyeva açıb. Mariya Aleksandrovna Zuyeva iştirakçıları salamlayıb, kitabxana, Şərq mədəniyyəti mərkəzi, mərkəzdə Azərbaycan dilində olan kitablar haqqında məlumat verib. Mariya Aleksandrovna 2017-ci ildə Şərq bölməsinin yaranmasından bu günə qədər “Nizami Gəncəvi 880” kitabının tərtibatçısı və ön söz müəllifi Şahnaz Kamalova ilə əməkdaşlıqlarından söhbət açmış, Şahnaz xanımın kitabxanaya hədiyyə etdiyi kitablar, keçirdiyi tədbirlər, kitabxananın nəzdində təşkil olunmuş Azərbaycan dili danışıq klubu haqqında geniş məlumat vermişdi. Mariya Zuyeva daha sonra sözü Mayakovskiy adına kitabxananın xarici ədəbiyyat bölməsinin müdiri İrina Sergeyevna Toçilkinaya vermişdi. Qonaqları salamlayan İrina Sergeyevna kitabxananın direktoru Zoya Vasilyevna Çalovanın təbrikini çatdırmışdı.

Elmi məqalələr toplusunun tərtibatçısı və ön söz müəllifi Sankt-Peterburq dövlət universitetinin müəllimi Şahnaz Kamalovadır. Nəşrin elmi redaktorları AMEA-nın Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya elmlər namizədi Əzizağa Nəcəfzadə və M.V. Lomonosov adına MDU-nun müəllimi, tarix elmləri namizədi Darya Jiquliskayadır. Elmi məsləhətçilər Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri, filologiya elmlər doktoru, professor Vilayət Quliyev və BDU-nun müəllimi filologiya elmlər doktoru, professor Vaqif Sultanlıdır. Kitabda Azərbaycandan, Rusiyadan, Türkiyədən, Almaniyadan olan on doqquz alimin elmi məqalələri toplanmışdır.

Kitab UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə nəşr olunub.

Tədbirin sonunda Rusiya Dövlət Dumasının deputatı D.İ. Savelyevin və Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişovun təbrik məktubu oxunmuşdu. Kitablar tədbir iştirakçılarına paylanılmışdı.

# 1320 dəfə oxunub

Oxşar xəbərlər

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

17:50 3 noyabr 2025
"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

17:27 3 noyabr 2025
Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

17:25 3 noyabr 2025
Məşhur aktrisa doğum günündə vəfat etdi

Məşhur aktrisa doğum günündə vəfat etdi

16:42 3 noyabr 2025
Tanınmış dizayner  nüfuzlu mükafata layiq görülüb

Tanınmış dizayner nüfuzlu mükafata layiq görülüb

16:40 3 noyabr 2025
Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

16:15 3 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər