Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib

Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib
18 sentyabr 2025
# 11:28

18 sentyabr - Milli Musiqi Günü münasibətilə Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Adil Kərimli mərasim iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, 18 sentyabr mədəniyyətimizin ən əlamətdar günlərindən biridir: “Üzeyir Hacıbəylinin zəngin ənənələri dünyaya səs salan, böyük məzmun və formaya malik sənət əsərləri ilə yaşadılır və istedadlarımız tərəfindən dünyaya tanıdılır.

Bu gün Azərbaycanın öz musiqisi ilə qeyd etdiyi Milli Musiqi Günü heç də təsadüfi deyil. Bu gün milli musiqi məktəbinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin xatirəsini bu gün hər bir azərbaycanlı, istər ölkə daxilində, istərsə də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız ehtiramla yad edir. Bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd olunur. Ölkəmizdə bu əlamətdar tarix yüksək səviyyədə, təntənəli şəkildə keçirilir. Tədbirlər planı hazırlanıb. 140 illik yubiley çərçivəsində Azərbaycanın musiqi incilərinin ən gözəl nümunələri təkcə ölkəmizdə deyil, bütün dünyada geniş şəkildə səsləndirilir. Hətta İtaliya, Avstriya, Almaniya və Türkiyə kimi ölkələrdə də konsertlər təşkil olunur”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə dahi bəstəkarın ölməz irsindən söz açaraq bildirib ki, nə qədər Azərbaycan xalqı var, onun irsi də daim yaşayacaq.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə qeyd edib ki, Üzeyir Hacıbəylinin irsi hər zaman Azərbaycan musiqisinin yaddaşında qalacaq.

Çıxışlardan sonra mərasim iştirakçıları Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət ediblər.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar olaraq bu gün axşam Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Ü. Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq.

Festivalın tarixində ilk dəfə olaraq musiqi bayramının tədbirləri paytaxtla yanaşı, ölkəmizin 10-dan çox şəhər və rayonunu da əhatə edəcək. Sentyabrın 18-də Sumqayıt, Mingəçevir, Sabirabad, Şamaxı, Şəki, Biləsuvar, Füzuli, Şəmkir, Gəncə, Lənkəran, Xaçmaz və Göygöldə Üzeyir Hacıbəylinin musiqi əsərləri əsasında konsertlər və müxtəlif tədbirlər təşkil ediləcək.

# 1320 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
Məşhur model Hellouində qeyri-adi geyimi ilə gündəmə gəldi

Məşhur model Hellouində qeyri-adi geyimi ilə gündəmə gəldi

16:30 2 noyabr 2026
Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?

Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?

16:00 2 noyabr 2026
"Şimal qadınları və ezoterizm"  adlı sərgi açıldı

"Şimal qadınları və ezoterizm" adlı sərgi açıldı

15:30 2 noyabr 2026
Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

15:00 2 noyabr 2026
Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

14:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər