Məşhur pianoçu Bakıda çıxış etdi

Məşhur pianoçu Bakıda çıxış etdi
12 iyun 2025
# 12:30

Bakıda Beynəlxalq Muğam Mərkəzində məşhur mərakeşli pianoçu Mahmud əl-Musauinin konserti olub.

Kulis.az xəbər verir ki, konsert Mərakeş səfirliyi tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Günü münasibətilə təşkil olunub.

Tamaşaçılara 17-21-ci əsrlərə aid klassik musiqi, o cümlədən Azərbaycan və Mərakeş bəstəkarlarının əsərləri təqdim edilib.

Tədbiri giriş nitqi ilə açan Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş çıxışında Ümumdünya Mədəniyyətlərarası Dialoq Gününün, eləcə də BMT-nin Sivilizasiyalar Alyansı çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Diplomat bu tədbirin Mərakeş ilə Azərbaycan arasında mədəni mübadiləni və dostluq əlaqələrini daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, tədbirdə Azərbaycanın rəsmi şəxsləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, eləcə də tanınmış mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

# 205 dəfə oxunub

Oxşar xəbərlər

"Şah Abbas Namə" tamaşasının premyerası olacaq

"Şah Abbas Namə" tamaşasının premyerası olacaq

11:50 13 iyun 2025
Samsung  beynəlxalq sertifikatlara layiq görüldü

Samsung beynəlxalq sertifikatlara layiq görüldü

11:40 13 iyun 2025
Uşaq pulu mütləq verilməlidir! - Aqil Abbasla səmimi söhbət

Uşaq pulu mütləq verilməlidir! - Aqil Abbasla səmimi söhbət

11:30 13 iyun 2025
Aygün Kazımova ilə Röya sizin kitabınızı necə sata bilər?

Aygün Kazımova ilə Röya sizin kitabınızı necə sata bilər?

11:15 13 iyun 2025
Səlim Babullaoğlu beynəlxalq mükafata layiq görüldü

Səlim Babullaoğlu beynəlxalq mükafata layiq görüldü

10:30 13 iyun 2025
"Naxçıvan" TV-nin sədri vəzifəsindən azad edildi

"Naxçıvan" TV-nin sədri vəzifəsindən azad edildi

10:15 13 iyun 2025
# # #