Məşhur aktyor həbs oluna bilər

Məşhur aktyor həbs oluna bilər
16 iyul 2025
# 13:11

Türkiyədə “boykot” çağırışları ilə bağlı başladılan istintaq çərçivəsində aktyor Cem Yiğit Üzümoğlu və 21 müttəhim barəsində məhkəmədə iddia qaldırılıb.

Kulis.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu onların 7 il 6 aya qədər həbsini tələb edir.

İttihamda deyilir ki, müttəhimlər öz sosial media hesablarındakı paylaşımlarda aprelin 2-də bütün müəssisələrin bağlanması, kommersiya fəaliyyətinin dayandırılması və ümummilli boykot çağırışı ilə insanların normal iqtisadi fəaliyyətinə mane olmağa çalışıblar. İttihamda təqsirləndirilən şəxslərin siyasi və sosial motivlərə söykənərək Türkiyə iqtisadiyyatını pozmağı hədəflədikləri və “nifrət və ayrı-seçkilik” maddəsi ilə cinayət törətdiklərinə dair kifayət qədər şübhələrin olduğu qeyd edilib.

Hazırlanan ittiham aktı Birinci İnstansiya Cinayət Məhkəməsi tərəfindən qəbul edilib.

Həbsi istənilənlər arasında Deniz Bulutsuz, Zeynep Ocak, Şenay Ağgez, Sertaç Doğanay və Tunahan Mert Topuz kimi sosial media fenomenləri və sənət dünyasının tanınmış simaları da var.

# 1206 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər