Mən səni qadıntək sevmirdim onda - Günün şeiri

Mən səni qadıntək sevmirdim onda - Günün şeiri
21 iyul 2023
# 16:39

Bu gün şair, tərcüməçi Mahir N.Qarayevin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsi çərçivəsində onun "At sevgisi" şeirini təqdim edir.

Mən səni ot kimi sevirdim onda,
sən də vurulmuşdun mənə at kimi;
Qaranlıq otağın şam işığında
sevişə bilmirdik ər-arvad kimi.

Mən sənə baxırdım yaşıl çəməntək –
ürəyim axırdı otlamaq üçün;
Əlimiz qalxmadı şamı söndürək,
qalxdıq sönən şamı odlamaq üçün.

Mən səni qadıntək sevmirdim axı,
yamyaşıl yamactək tapırdım səni;
Ağzım sulanırdı... at kimi baxıb
ot kimi gözümə təpirdim səni.

Maşından, uçaqdan bab olmaz bizə,
qanımız yaramır mühərrik üçün;
Hələ çox cavandıq onda, deyəsən,
sən arvadlıq üçün, mən ərlik üçün.

Atıl min belimə, min atlan bir az –
səninlə dünyanı hərlənim, dedim;
Sən mənim üstümdə arvadlan bir az,
mən sənin altında ərlənim, dedim.

...Şamı sönmüş evin girəcəyində
səni hürkütməsin bu yanıq iyi;
Bir ovuc külümü at pəncərədən,
unut bir bədənlik o sür-sümüyü...

Mən səni qadıntək sevmirdim onda –
mən sənə baxırdım gözəllik kimi;
Şam kimi yanmadım, sənin yolunda
yandırdım özümü üzərrik kimi!

# 3367 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda möhtəşəm konsert: “Əsrlərdən gələn irs”

Bakıda möhtəşəm konsert: “Əsrlərdən gələn irs”

17:00 25 iyun 2026
İtaətdən özünüdərkə: Sufilik və Türk ruhunun yolu - Düzgün Atalı

İtaətdən özünüdərkə: Sufilik və Türk ruhunun yolu - Düzgün Atalı

16:43 25 iyun 2026
Söhrab Tahirin 100 illiyi münasibətilə tədbir təşkil olundu

Söhrab Tahirin 100 illiyi münasibətilə tədbir təşkil olundu

16:00 25 iyun 2026
Antonio Qaudinin şedevri - Onu niyə  "Yoxsulların kilsəsi" adlandırırdılar?

Antonio Qaudinin şedevri - Onu niyə "Yoxsulların kilsəsi" adlandırırdılar?

15:30 25 iyun 2026
Topqapı Sarayı dünyanın ən baha girişi olan turistik məkanlar siyahısında

Topqapı Sarayı dünyanın ən baha girişi olan turistik məkanlar siyahısında

15:10 25 iyun 2026
İspaniya və Portuqaliyadakı mağaralarda qədim insan DNT-si tapıldı

İspaniya və Portuqaliyadakı mağaralarda qədim insan DNT-si tapıldı

14:30 25 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər