“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu
31 iyul 2025
# 17:18

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Mən qadınam” tammetrajlı bədii film ssenari müsabiqəsinin münsiflər heyəti qalibləri müəyyənləşdirib.

Kulis.az xəbər verir ki, müsabiqənin münsiflər heyətinin sədri Vidadi Həsənov və münsiflər heyətinin üzvləri Nadir Bədəlov, Vaqif Azəryar, Sevda Sultanova müsabiqəyə qatılmış 96 ssenaridən 71-ni finala buraxıblar.

Vacib məqam odur ki, bu il əvvəlki illərlə müqayisədə müsabiqəyə müraciət edən qadın müəlliflərin sayı kişi müəlliflərlə eynidir. Müsabiqənin təşkilatçılarının məqsədlərindən biri də xanım müəlliflərin aktivliyinin artırılması idi.

“Mən qadınam” tammetrajlı ssenari müsabiqəsində birinci yeri Rüstəm Babazadə, Əli-Səttar Quliyev “Gəlin”, ikinci yeri Çinarə Əlişli “Piyada vəzirə doğru”, üçüncü yeri isə “Qonşu evin işıqları” ssenarinə görə Səməd Ağayev tutub.

Qaliblər diplom və pul mükafatı (I yer - 5000 AZN, II yer - 3500 AZN, III yer - 2500 AZN) ilə təltif ediləcəklər.

Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb.

Müsabiqənin keçirilməsinin əsas məqsədlərindən biri də müasir Azərbaycan qadınının obrazını bütün dolğunluğu ilə tamaşaçıya çatdıran ssenarilərin çoxalması, qadın müəlliflərinin aktivliyinin artması, cəmiyyətimizdə gender münasibətlərində harmoniyaya çağırışı idi.

# 133 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Qırğızıstanda beynəlxalq mədəniyyət festivalında

Azərbaycan Qırğızıstanda beynəlxalq mədəniyyət festivalında

15:10 1 avqust 2025
Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edildi

Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edildi

15:04 1 avqust 2025
Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilib

Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilib

14:06 1 avqust 2025
Castin Timberleyk xəstəliyini açıqladı

Castin Timberleyk xəstəliyini açıqladı

13:30 1 avqust 2025
Ozzi Osbornun həyat yoldaşı onun son arzusunu yerinə yetirdi

Ozzi Osbornun həyat yoldaşı onun son arzusunu yerinə yetirdi

13:10 1 avqust 2025
Mənsum İbrahimov: Nə qədər Azərbaycan xalqı var, Arif Babayev unudulmayacaq

Mənsum İbrahimov: Nə qədər Azərbaycan xalqı var, Arif Babayev unudulmayacaq

12:08 1 avqust 2025
#
#
# # #