"Mən bu dünyaya kometlə gəlmişəm" - Dahilərin qəribəlikləri

"Mən bu dünyaya kometlə gəlmişəm" - Dahilərin qəribəlikləri
7 dekabr 2023
# 17:00

Belə bir fikir var ki, istedadlı adama çox şeyi, dahiyə isə hər şeyi bağışlayırlar. Bu mənada bir çox qələm adamları yazdıqları əsərlərlə yanaşı qəribə hərəkətləri ilə də yaddaşlarda qalıblar.
Hətta bəzilərinin davranışları kitablarından da məşhurdur…


Kulis.az bir neçə dahinin qəribəliklərini təqdim edir.

Nikolay Qoqolun əsəb tutmasından sonra "Ölü canlar" əsərinin ikinci cildinin əlyazmasını yandırmasını kim xatırlamır? Moskvadakı evinin buxarısında "Ölü canlar"ın davamını yandırarkən xidmətçisi Semyonun "əlyazmanı məhv eləməyin" yalvarışlarının da bir xeyri olmayıb.


Həmin duelin şərtlərinə görə iştirakçılar püşk atırdılar və uduzan özünü öldürməli idi. Düma uduzub və qaydaya əməl etmək üçün qonşu otağa keçib. Oradan atəş səsi eşidilib və ardınca Düma sağ-salamat duel iştirakçılarının yanına qayıdaraq deyib: "Atəş açdım, amma təəssüf ki, hədəfdən yayındım".

Uilyam Berrouz gecə məclislərindən birində qonaqları heyrətləndirmək qərarına gəlib. Yazıçı oğlunun başındakı almanı hədəfə alıb vuran məşhur oxçu Vilhelm Tellin hərəkətini təkrarlamaq istəyib. Berrouz arvadı Coan Vollmerin başına stəkan qoyub və tapançadan atəş açıb. Güllə arvadının başına dəyib və nəticədə qadın ölüb.

Marina Svetayevanı İkinci Dünya müharibəsi başlanandan bir müddət sonra Tatarıstanın Yelabuqa şəhərinə göndəriblər. Boris Pasternak ona əşyalarını yığmaqda kömək edib. Pasternak çamadanı bağlamaq üçün ip gətirib və onun möhkəmliyini yoxlaya-yoxlaya zarafatla deyib: "İstəyirsən, lap özünü as, bu ip tab gətirər". Bir müddətdən sonra Pasternaka xəbər veriblər ki, Svetayeva Yelabuqada məhz həmin iplə özünü asıb.

1835-ci ildə Qaliley kometinin Yerə lap yaxınlaşdığı gündən iki həftə sonra yazıçı Mark Tven dünyaya gəlib. 1909-cu ildə o, yazırdı: “Mən bu dünyaya kometlə gəlmişəm, kometlə də çıxıb gedəcəyəm”. Elə də olur, Mark Tven 1910-cu il aprelin 21-də həmin kometin Yerə yaxınlaşmasının səhəri günü dünyasını dəyişir.

# 1355 dəfə oxunub

Oxşar xəbərlər

O, Tupak Şakurun ölümü üçün 1 milyon dollar alıb

O, Tupak Şakurun ölümü üçün 1 milyon dollar alıb

16:00 26 iyul 2024
Tualet müasir insanın məşğuliyyət otağıdır - Vüsal Bağırlı

Tualet müasir insanın məşğuliyyət otağıdır - Vüsal Bağırlı

15:30 26 iyul 2024
Anasını, nənəsini istismar edənlər - Belə yaşayış olar?

Anasını, nənəsini istismar edənlər - Belə yaşayış olar?

14:00 26 iyul 2024
Məşhur aktrisa:  "40 ildir evli olsaq da, ayrı yataqda yatırıq"

Məşhur aktrisa: "40 ildir evli olsaq da, ayrı yataqda yatırıq"

13:41 26 iyul 2024
Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6

Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6

12:08 26 iyul 2024
Unudulmağa üz tutmuş tarix... - Bakının ən hündür kəndindən reportaj

Unudulmağa üz tutmuş tarix... - Bakının ən hündür kəndindən reportaj

12:00 26 iyul 2024
# # #