Məşhur aktrisa: "40 ildir evli olsaq da, ayrı yataqda yatırıq"

Məşhur aktrisa:  "40 ildir evli olsaq da, ayrı yataqda yatırıq"
26 iyul 2024
# 13:41

78 yaşlı məşhur amerikalı aktrisa Bette Midler 40 illik evliliyindən danışıb.

Kulis.az xəbər verir ki, Midler 1984-cü ildən əri Martin von Haselberqlə evli olduqlarını və ta əvvəldən ayrı-ayrı yataq otaqlarında yatdıqlarını açıqlayıb. Evliliklərini "möcüzəli səyahət" olaraq xarakterizə edən Midler bir-birlərinə çox azadlıq verdiklərini, davamlı olaraq bir-birilərini bezdirmədiklərini bildirib.

Aktrisa əlavə edib ki, hələ də xoşbəxt olmalarının sirri məhz 40 ildir ayrı yataqda yatmalarıdır.

Midler söyləyib ki, həyat yoldaşı xoruldayır. Buna görə də yataq otaqlarını ayırmalı olublar.

Cütlüyün 1986-cı il təvəllüdlü Sofi adlı bir qızı var. Midler qızını özünün "ən böyük nailiyyəti" hesab etdiyini söyləyib.

# 3596 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər