Mehriban Xanlarova: "Mehriban Ələkbərzadənin bu hərəkəti hörmətsizlikdir"

Mehriban Xanlarova:  "Mehriban Ələkbərzadənin bu hərəkəti hörmətsizlikdir"
3 mart 2025
# 18:54

"İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlar var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var?"

Bu sözləri Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova kulis.az-a açıqlamasında deyib:

"1998-ci ildən bu günə qədər 27 ildir ki, Azdramada külüng vururam. Bu teatrın səhnəsində, kulisində, tamaşalarında keçən illərim mənim sənətə və Azdramanın dəyərlərinə bağlılığımı sübut edir. Bu səbəbdən hər hansı bir məsələ ilə bağlı öz fikrimi bildirmək haqqına sahibəm. Azdramada hər yaş qrupuna aid peşəkar aktyor və aktrisalar var. İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlarımız var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var? Əlbəttə ki, yox!"

Onun sözlərinə görə, Mehriban Ələkbərzadənin başqa teatrlardan aktrisalar gətirməsi Akademik Milli Dram Teatrına illərini verən sənətçilərə hörmətsizlikdir:

"Azdramanın səhnəsində illərdir parlayan, müxtəlif janrlarda özünü sübut etmiş yetərincə istedadlı aktrisa var. Niyə onların zəhməti, potensialı nəzərə alınmır? Bu teatrın sənətkarlarını kənarda qoyub başqa teatrdan aktrisa axtarmaq, burada çalışanlara hörmətsizlikdir. Azdramanın aktyor və aktrisalarına layiq olduqları dəyər verilməlidir! Onların çəkdiyi zəhmət və səhnədə qazandıqları təcrübə gözardı edilməməlidir. Teatrda seçimlər şəxsi yanaşmaya yox, aktyorun istedadına və teatrın prinsiplərinə əsaslanmalıdır! Mənim Mehriban Ələkbərzadə ilə heç bir şəxsi qərəzim yoxdur və bilirəm ki, onun da mənə qarşı heç bir şəxsi qərəzi yoxdur. Lakin bu məsələyə biganə qala bilmərəm. Çünki mən bu teatrda illərimi vermişəm, səhnəsində çalışmışam, tamaşalarına həyat vermişəm. Bu səbəbdən, söz haqqım var və öz fikrimi açıq şəkildə bildirməkdən çəkinmirəm".

# 3734 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Muazzez Abacı infarkt keçirdi

Müğənni Muazzez Abacı infarkt keçirdi

18:08 31 oktyabr 2025
Kaskadyora ehtiyac duymayan aktyor  - Bad Spenser adı necə məşhurlaşdı?

Kaskadyora ehtiyac duymayan aktyor - Bad Spenser adı necə məşhurlaşdı?

18:00 31 oktyabr 2025
Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib

17:43 31 oktyabr 2025
Gürcü rejissor Gerald Bejanov vəfat etdi

Gürcü rejissor Gerald Bejanov vəfat etdi

17:30 31 oktyabr 2025
Milli Dram Teatrının noyabr repertuarı açıqlanıb

Milli Dram Teatrının noyabr repertuarı açıqlanıb

15:47 31 oktyabr 2025
Azərbaycan "Gravity Bach"  layihəsində

Azərbaycan "Gravity Bach" layihəsində

14:50 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər