Məhəmməd Füzulinin 530 illiyi qeyd olundu

Məhəmməd Füzulinin 530 illiyi qeyd olundu
7 may 2024
# 11:00

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı Kürdəmir Peşə Liseyində Məhəmməd Füzulinin 530 illiyi münasibətilə ədəbi-bədii yubiley tədbiri keçirib.

Kulis.az xəbər verir ki, görkəmli bəstəkar Cahangir Cahangirovun bəstələdiyi “Füzuli kantatası”nın sədaları ilə başlayan tədbiri giriş sözü ilə açan N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı məclis iştirakçılarını salamlamış, dövrünün bir sıra ictimai və fəlsəfi məsələlərini yüksək formada öz əsərlərində əks etdirən, Yaxın Şərq xalqlarının bədii idrakının zirvəsi olan, XVI əsr ədəbiyyatının möhtəşəm abidələrini yaradan Məhəmməd Füzulinin hyat və yaradıcılığı haqqında məclis iştirakçılara geniş məlumat verib.

Tədbirdə Peşə liseyinin direktoru Nurlan Abdullayev çıxış edərək tədbirin qonaqlarını salamlayıb və dahi şairin yubileyinin liseyin tələbələrinin iştirakı ilə keçirilməsinin gənclərin milli-mənəvi sərvətlərimizə, klassik irsimizə olan marağını artıracağına əminliyini vurğulayıb.

Tədbirdə yazıçı-publisist Əlisəfa Azayev Məhəmməd Füzulinin aforizmlərindən, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli dahi şairin 500 illik yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsini milli-mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğundan, Füzuli irsinin geniş təbliğ olunmasından bəhs ediblər. Peşə liseyinin tələbələri Füzuli yaradıcılığından nümunələr səsləndiriblər. Tədbirin musiqili qonaqları ustad xanəndə Səfalı Əliyev, tarizan Adil Rəhimovun müşaiyyəti ilə şairin qəzəlləri əsasında muğam parçaları ifa edib. Tədbirdə, eyni zamanda, görkəmli bəstəkar Cahangir Cahangirovun “Füzuli kantatası” səsləndirilib, şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

# 1824 dəfə oxunub

Oxşar xəbərlər

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

12:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər