Lətifə Orucun “Sirli gedişlər” romanı” özbək dilində çap edildi

Lətifə Orucun “Sirli gedişlər”  romanı” özbək dilində çap edildi
23 fevral 2026
# 12:00

Tanınmış hüquqşünas, vəkil Lətifə Orucun “Sirli gedişlər” kitabı özbək dilində çap olunub.

Kulis.az xəbər verir ki, kitab bundan əvvəl Azərbaycan, rus, ingilis və türk dillərində də işıq üzü görüb.

Əsər Ermənistandakı hadisələrlə başlayır, ermənilərin azərbaycanlılara olan münasibətindən bəhs edir. Romanda erməni hiyləsi, erməni xisləti zaman-zaman qəhrəmanın həyat yolunda rast gəldiyi naqis məqamlar kimi təqdim olunur. Ötən əsrin 70-ci illərində həmin naqisliyi heyrətlə qarşılayan qəhrəman kamillik yaşında bu genetik düşmənçiliyin mahiyyətini daha dərindən dərk edir, vətənin yaralarını öz yaraları kimi sarımağa və sağaltmağa çalışır. Romanın azad olunmuş Şuşada qonaqlıq mərasimi ilə yekunlaşması simvolik xarakter daşıyır. Fəlsəfi detektiv təsiri bağışlayan əsərdə bəzən bir sıra ailələrdə qız uşaqlarına təhsil vermək əvəzinə onu erkən nikaha cəlb edilməsinə qarşı etiraz ifadə olunur.

Maraqlı və orijinal quruluşa malik olan səkkiz fəsildən ibarət romanda bədii obrazlar maraqlı və düşündürücü hadisələr fonunda verilir. Əsərin qəhrəmanının başına gələn qəribə və ibrətamiz olaylar, onun peşəkarlığını və ədalətini göstərən hadisələr oxucunu maraqda saxlayır. Roman boyu həyatın gözlənilməzlikləri - “sirli gedişləri” şahmat taxtası üstündə qurulan kombinasıyalarla qarşılaşdırılır.

Azərbaycan və Beynəlxalq Yazıçılar birliklərinin üzvü, Türk Ədəbiyyat Vəqfinin fəxri üzvü olan müəllifin düşüncəsinə görə dünya da elə şahmat taxtasıdır və bir çox hallarda şahmatın məntiqi ilə həyatın məntiqi üst-üstə düşür. İri həcmli roman bu gün və gələcək üçün milli və bəşəri dəyərlər baxımından əhəmiyyətli bir əsərdir.

Kitabın “Ön söz”ünün müəllifi Xalq şairi Sabir Rüstəmxanlı, redaktoru tarix üzrə fəlsəfə doktoru İltifat Əliyarlıdır.

# 786 dəfə oxunub

Oxşar xəbərlər

Fatih Altaylı və Hazal  Kaya ifadəyə çağırıldı

Fatih Altaylı və Hazal Kaya ifadəyə çağırıldı

14:30 24 iyul 2026
“Kamal Abdulla və postmodernizm”  kitabı ingilis dilində çap olundu

“Kamal Abdulla və postmodernizm” kitabı ingilis dilində çap olundu

14:00 24 iyul 2026
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

13:30 24 iyul 2026
Meqan Markl Avstraliyada təhqir olundu

Meqan Markl Avstraliyada təhqir olundu

12:30 24 iyul 2026
Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

11:37 24 iyul 2026
95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

11:35 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər