Lalənin nağılı - Mina Rəşid yazır...

Mina Rəşid

Mina Rəşid

30 iyul 2022
# 13:00

Kulis.az Mina Rəşidin "Lalənin nağılı" adlı yeni yazısını təqdim edir.

İlıq yaz günündə qaratikan kolunun yanında bir lalə bitdi. O, böyüdü, incə, düyməli boynunu günəşə sarı çevirdi. Günəş laləni salamladı. Lalə yanağında qara xalları olan gözəl bir çiçək açdı və ətrafına gülümsədi. Onu görən bütün quşlar, böcəklər, çiçəklər sevindilər... Təkcə qaratikan kolu təkəbbüründən tikanlarını çeynədi. Laləyə nifrətlə baxdı... Lalə bunu hiss etsə də, özünü bilməzliyə vurdu. Axı o qaratikan kolunu da sevirdi...

Düşünürdü ki, bu qısa ömründə ancaq yaxşı işlər görsün, heç kəsə, heç nəyə zərər verməsin. Qaratikan isə bütün günü onu fikirləşirdi. Görəsən, hansı yolla laləni məhv eləsin?..

Bir gün o tikanlarından ox düzəltdi. Amma külək onun hiyləsindən xəbər tutdu. Laləni düşmən oxundan xilas elədi. Qaratikan yeni bir plan qurmağa başlayarkən lalə öz qısa, mənalı ömrünün sona yaxınlaşdığını hiss edirdi. Amma o, bundan heç də kədərlənmirdi. Düşünürdü ki, bu Yaradanın hökmüdü. Bir çiçək açır, o biri solur...

Lalə gözlərini təbəssümlə yumdu. Onun ləçəkləri son dəfə küləyin nəğməsi ilə havada oynadı və sonsuzluğa qovuşdu. Birazdan yeni balaca düymədən qəçəng bir çiçək açıldı və günəşə gülümsədi...

Bəs qaratikan kolu necə oldu? Qaratikan uzun və xeyirsiz bir ömür yaşadı. Amma hər kəsin bir sonu da var axı. Bir gün insanlar ətrafı təmizləyərkən ona od vurub yandırdılar. Qaratikanın acı tüstüsü başından çıxdı...


# 3492 dəfə oxunub

Oxşar xəbərlər

Məhkumlar teatr səhnəsinə çıxdılar –  Həbsxananın həyətində

Məhkumlar teatr səhnəsinə çıxdılarHəbsxananın həyətində

17:50 10 avqust 2026
Tanınmış prodüser vəfat etdi

Tanınmış prodüser vəfat etdi

17:30 10 avqust 2026
Fransız dilində yazan rumın yazıçı - Ona niyə "Balkan ədəbiyyatının Qorkisi" deyirdilər?

Fransız dilində yazan rumın yazıçı - Ona niyə "Balkan ədəbiyyatının Qorkisi" deyirdilər?

14:50 10 avqust 2026
Şair Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edildi

Şair Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edildi

13:30 10 avqust 2026
Məşhur aktyorun halı pisləşdi – Səbəb

Məşhur aktyorun halı pisləşdi – Səbəb

12:50 10 avqust 2026
Afroamerikalıların həyatını ədəbiyyata gətirən yazıçı  - Onun Pulitserli romanı niyə  "əxlaqsız" adlandırılmışdı?

Afroamerikalıların həyatını ədəbiyyata gətirən yazıçı - Onun Pulitserli romanı niyə "əxlaqsız" adlandırılmışdı?

12:30 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər