Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının mükafatları - Siyahı

Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının mükafatları - Siyahı
4 iyun 2025
# 16:30

2025-ci il yanvar ayının 24-də kino yazarları birləşərək Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının təsisini elan edib.

Kulis.az xəbər verir ki, Gildiya ölkədə film istehsalına dəstək vermək, həmçinin audiovizual məhsulların bədii keyfiyyətinin yüksəlməsini stimullaşdırmaq məqsədilə fəaliyyətinə yerli kinotənqidçilərin mükafatını təsis etməklə başlayıb. Belə ki, gildiyanın sədri Nadir Bədəlovun başçılığı ilə 17 kinoyazardan ibarət heyət 40-a yaxın uzun və qısametrajlı bədii və sənədli filmləri peşəkar kateqoriyalarda dəyərləndirməyə çalışıblar.

“Nizami” Kino Mərkəzində Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının mükafatının qaliblərinin elan və mükafatlandırma mərasimi keçirilib.

Qaliblərin siyahısını təqdim edirik:

“Ən yaxşı ssenari” nominasiyası:

“Qapı” filminin ssenari müəllifləri: Vüsal Əhmədzadə, Emin Əfəndiyev, Əlixan Rəcəbov

“Ən yaxşı rejissor işi” nominasiyası:

“Tənha insanın monoloqu” – Emin Əfəndiyev

“Ən yaxşı operator işi” nominasiyası:

“Səma ilə görüş” – Şahmar Səfəroğlu

“Ən yaxşı musiqi həlli” nominasiyası:

“İtən gündəlik” – Sədaqət Kərimova

“Ən yaxşı rəssam işi” nominasiyası:

“Tağıyev: NEFT” – quruluşçu rəssam Səbuhi Atababayev və geyim üzrə rəssam Vüsal Rəhim

Tarixi dövrün ab-havasının məkanlar, geyimlər və dekorasiya vasitəsilə detallı və parlaq əks olunmasına görə;

“Ən yaxşı aktyor” nominasiyası:

“Tənha insanın monoloqu” – Mahir Dərviş

Bir atanın iztirablarını və çıxılmaz vəziyyətini bədən dili vasitəsilə ustalıqla ifadə edə bildiyinə görə;

“Qapı”- Nurlan Rüstəmov

“Ən yaxşı aktrisa” nominasiyası:

“Apatiya” – Şəhla Əliqızı

“Ən yaxşı film” nominasiyası:

“Tənha insanın monoloqu”

“Ən yaxşı qısametrajlı bədii film” nominasiyası:

“Lent” – Mirvüqar Abdulov

“Ən yaxşı qısametrajlı sənədli film” nominasiyası:

“Evsiz qalmış ay” – Atanur Nəbiyeva

Bunlarla yanaşı, rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” sənədli-bədii filmi “xüsusi mükafat” ilə təltif edilib.

# 2077 dəfə oxunub

Oxşar xəbərlər

"Spotify"  milyonlarla süni intellekt mahnısını sildi

"Spotify" milyonlarla süni intellekt mahnısını sildi

11:00 28 oktyabr 2026
Optik teatrdan rəqəmsal dünyaya - Animasiyanın 130 illik təkamülü

Optik teatrdan rəqəmsal dünyaya - Animasiyanın 130 illik təkamülü

10:00 28 oktyabr 2026
Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər