Kəbədə sevgilisini arzulayan adam

Kəbədə sevgilisini arzulayan adam
26 yanvar 2024
# 15:00

Kulis.az Ülvi Bahadırın "Turalizm" adlı yeni yazısını təqdim edir.

Axşam tez yatanda gecə 3-4 arası oyanıram. Sonra da ha illah eləyirəm, yata bilmirəm.

Dünən də həmin günlərdən biri idi.

Qan-tər içində oyanıb mətbəxə keçdim. Bir stəkan su içib yatağıma uzandım.

Elə təzəcə telefonu bağlayırdım ki, bir video gördüm.

Bir oğlanla qız...

Video tiktok videosu olsa da, mən feysbukda gördüm. Sonra öyrəndim ki, bunlar sən demə, tiktokda çox məşhur imiş.

Oğlan “Turalizm” adı ilə, sosial media dilincə desək, partladırmış.

Həyatımda gördüyüm ən düşük, ən mənasız videolara məruz qaldım.

Adam Kəbədən video paylaşıb. Deyir ki, mən burda da səni arzuladım.

Və bu düşüklüyə, bu mənasızlığa 1,4 milyon adam baxıb. O biri videolarının da yüz minlərlə baxışı var.

Hələ bu azmış kimi, bu düşüklüyü, bu mənasızlığı saatlarla müzakirə eləyirlər.

Razılaşmayıb bir-birlərinin hər yerinə, hər kəsinə söyürlər və s.

Türklərdə “kamyon arkası sözler” ifadəsi var.

“Üzüntümden zevk alana mutluluğum girsin”.

Təxminən, belə söhbətlər.

Bu qaqaş da belə söhbətlərlə ordu yığıb, amma indi orduda fikir ayrılıqları yaranıb.

Qaqaşa deyirlər ki, bizə belə orası-burası ayrı oynayan komandir lazım deyil.

Bu da dalbadal video paylaşır ki, bəs belə-belə.

Təbii ki, eyni tonda, eyni mənasızlıqda.

Bir sözlə, bura ayrı dünyadı.

Hə, bax, az qala yadımdan çıxacaqdı.

Elə təzəcə “Səfa Mehdiyə rəqib gəlir” - fikirləşirdim, bir də gördüm, budee, Səfa Mehdi bu qaqaşla birgə veriliş çəkib. Qaqaş da qusur e, arabeski.

Sevgi filan yerdədi, sevgi bəhmən yerdədi.

“Sevgi yoxdu, inanmıram, yalandı, abi”.

Camaat da videonun altında bir-birini qırır. Hamı sevginin ünvanını yazır.

Doğrusu, şəhərdə bu qədər hotelin olduğunu bilmirdim. Hər gün nəsə öyrənirik də. Var olsunlar, əzizlər.

Mən əlbət, demirəm ki, hər yerdən akademiklik, peşəkarlıq tökülsün.

Ancaq ta bu qədər də yox da.

Bayaq Səfanın adını çəkdim. Vallah, Səfa dostumuza baxanda, dünyanın ən maarifçi adamıdı.

Əvvəl dostumuz üçün daha çətin olub. Otur “kamyon arkası söz” fikirləş...

İndi rahatdı. Adamlar rəylərdə yazırlar ki, bunu deginən, o da deyir, dalına da ənənəvi musiqilərdən qoyur, vəssalam, 200 min baxış.

Düzü, əvvəllər belə şeyləri yazanda nəyinsə dəyişməsinə inandığıma görə, əməlli-başlı ətraflı analiz eləyirdim.

Elə olmalıdı, belə olmalıdı. Bunu elə eləməliyik, onu belə eləməliyik.

Dostumuzun Makedoniyalı İskəndəri qısqandıracaq ordusunu görəndən sonra fikrimdən daşındım.

Yata da bilmədim.

Yaxşısı, bir dənə də “kamyon arkası söz” mən tapım.

Elə sən də... Hə, hə sən də. Hərəmiz birini tapaq.

Beləcə, çoxalaq, törəyək, artaq, əzizlərim.

Nə deyirsiz?

Necə deyərlər, mübarizə mənasızdırsa, bir şam yandır, yox e, həzz al.

# 6934 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

14:00 3 noyabr 2026
Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

13:13 3 noyabr 2026
Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

13:10 3 noyabr 2026
“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

13:08 3 noyabr 2026
Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

13:00 3 noyabr 2026
"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

12:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər