"Kainat minnətdar insanları sevir... " - Amerikalı yazıçıdan motivasiya sitatları

"Kainat minnətdar insanları sevir... " - Amerikalı yazıçıdan motivasiya sitatları
30 avqust 2026
# 13:30

Bu gün tanınmış amerikalı yazıçı, motivasiyaedici bestsellerlər müəllifi Luiza Heyin anım günüdür.

Kulis.az onun məşhur sitatlarını təqdim edir.

Mən problemləri həll etmirəm. Mən düşüncə tərzimi düzəldirəm, problemlər isə öz-özünə həll olur.

***

Düşünməyi seçdiyimiz fikirlər həyat kətanımızı rəngləmək üçün istifadə etdiyimiz alətlərdir.

***

Dəyərli enerjini sənə özünü pis hiss etdirən şeylərə sərf etməyi dayandır.

***

İllərdir özünü tənqid edirsən və bu heç bir işə yaramayıb. İndi özünü təqdir etməyə çalış və bax, gör nə baş verir.

***

Hər şey yaxşıdır. Hər şey mənim ən böyük xeyrim üçün düzəlir. Bu vəziyyətdən yalnız yaxşılıq doğacaq.

Bu gün yeni bir gündür. Bu gün sevincli və dolğun bir həyat qurmağa başlamaq üçün bir gündür. Bu gün bütün məhdudiyyətlərindən azad olmağa başlamaq üçün bir gündür. Bu gün həyatın sirlərini öyrənmək üçün bir gündür. Sən həyatını daha yaxşıya doğru dəyişə bilərsən. Bunu etmək üçün lazım olan alətlər artıq sənin daxilində var. Bu alətlər sənin düşüncələrin və inanclarındır.

***

Bədən, həyatdakı hər şey kimi, daxili düşüncələrimizin və inanclarımızın güzgüsüdür. Bədənindəki hər bir hüceyrə düşündüyün hər bir fikrə və dediyin hər bir kəlməyə cavab verir.

***

Kimisə bağışlamaq onun davranışına bəraət qazandırmaq demək deyil. Bağışlama aktı sənin öz zehnində baş verir. Əslində, bunun qarşı tərəflə heç bir əlaqəsi yoxdur. Əsl bağışlamağın həqiqəti özümüzü ağrıdan yapışıb qalmaqdan xilas etməkdə yatır. Bu, sadəcə olaraq özünü mənfi enerjidən azad etmək aktıdır.

***

Həyatımızda müsbət dəyişikliklər etməyə hazır olduğumuz zaman, bizə kömək edəcək hər nə varsa, özümüzə cəlb edirik.

***

Düşüncələr su damcıları kimidir: fikirlərimizlə ya mənfilik dənizində boğula bilərik, ya da həyat okeanının üzərində üzə bilərik.

***

Rəqabət və ya müqayisə hisslərindən tamamilə azad oluram. Sadəcə əlimdən gələnin ən yaxşısını edir və özüm olmaqdan zövq alıram.

***
Gündə bir dəfə sakitcə əyləş və əlini ürəyinin üzərinə qoy. Ona sevgi göndər və ürəyinin sənə bəslədiyi sevgini hiss etməyə icazə ver. O, hələ sən doğulmamışdan əvvəl sənin üçün döyünürdü. Sənin ürəyin sevgidir, damarlarındakı qan isə sevincdir. Ürəyin indi sevgi ilə bütün bədəninə sevinc paylayır. Hər şey yaxşıdır və sən təhlükəsizlikdəsən.

Nə istədiyini dilə gətir. Buna layiq olduğuna inan və həyatın onu sənə bəxş etməsinə icazə ver.

***

Hər gün yeni bir fürsətdir. Dünən artıq bitdi və geridə qaldı. Bu gün isə gələcəyinin ilk günüdür.

**

Keçmişdə heç nə indiki anda etməyi seçdiyimiz qədər güclü deyil.

***

Kainat minnətdar insanları sevir. Həyata nə qədər çox təşəkkür etsəniz, həyat da sizə şükür etmək üçün bir o qədər çox şey verəcək.

***

Həyat çox sadədir. Nə ötürürəmsə, o da mənə qayıdır. Bu gün mən sevgi bəxş etməyi seçirəm.

***

Mən başqa bir insanı dəyişə bilmərəm. Başqalarına kimdirlərsə, elə qalmağa icazə verirəm və mən sadəcə kiməmsə, özümü sevirəm.

***

Yaxşı hava və ya pis hava deyə bir şey yoxdur. Sadəcə, hava var və sənin ona olan münasibətin var.

Ömrümün qalan hissəsini həyatımın ən gözəl dövrünə çevirməyi seçirəm.

***

Keçmişdəki düşüncələriniz və inanclarınız bu anı və bu ana qədər olan bütün anları yaratmışdır. İndi nəyə inanmağı, düşünməyi və deməyi seçirsinizsə, o da növbəti anı, növbəti günü, növbəti ayı və növbəti ili yaradacaq.

***

Həyat artıq qazandığımız bir lotereyadır. Amma insanların çoxu uduş biletlərini hələ də pula çevirməyib.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 98 dəfə oxunub

Oxşar xəbərlər

30 avqust Türkiyənin Zəfər Bayramı  günüdür.

30 avqust Türkiyənin Zəfər Bayramı günüdür.

10:30 30 avqust 2026
Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

23:00 29 avqust 2026
Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

14:35 29 avqust 2026
Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

13:30 29 avqust 2026
"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

13:00 29 avqust 2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər