“İzzət” kino mükafatının təqdimatı oldu

“İzzət” kino mükafatının təqdimatı oldu
28 yanvar 2026
# 12:00

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) “İzzət” kino mükafatının ilk təqdimetmə mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycanın ilk kinoaktrisası, “Sevil” filmində Sevil, “Almaz”da Almaz obrazlarının mahir ifaçısı kimi tanınan İzzət Orucovanın şərəfinə adlandırılmış mükafat Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci dalğasının qalibidir.

Mükafat AKİ-nin beynəlxalq əlaqələr və layihələr üzrə meneceri, kinorejissor Afaq Yusifli tərəfindən təsis edilib və Azərbaycan kinosunda qadınların rolunu və təmsilçiliyini artırmaq məqsədi daşıyır. Mükafatın ilk qalibləri rejissor, AKİ-nin katibi Oleq Səfərəliyev, kinotənqidçi Sevda Sultanova, rejissor İlqar Nəcəf və rejissor, prodüser Türkan Hüseyndən ibarət münsiflər heyəti tərəfindən seçilib.

“İzzət” kino mükafatının ilk qalibləri aşağıdakılardır:

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı – Azərbaycan kinosunda qadınları ön plana çıxaran beynəlxalq film festivalı təşəbbüsü və uğurlu fəaliyyətinə görə (mükafat təşkilati heyət adından festivalın meneceri Nəzrin Əsgərovaya təqdim edilib);

Prodüser Sevinc Əliyeva – Azərbaycan kinosunda uğurlu prodüser fəaliyyətinə görə;

“Oyuq” və “Küllücə” teatr-studiyalarının, “Oyun” müstəqil inklüziv teatrının rəhbəri, “Çamodanlar” bədii tammetrajlı, “Qırxdan sonra” bədii qısametrajlı filmlərin rejissoru Səidə Haqverdiyeva – Azərbaycan kinosunda uğurlu rejissorluq fəaliyyətinə görə; Kinotənqidçi, Azərbaycan Kino Tənqidçiləri və Kinoşünasları Gildiyasının sədr müavini, Kinoyazar.az saytının baş redaktoru Aygün Aslanlı – Azərbaycan kinosunda uğurlu kinotənqidçi fəaliyyətinə görə.

Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilati dəstəyilə təsis edilən “İzzət” kino mükafatı nəinki Azərbaycanda, bütün Qafqaz, post-sovet və türk ölkələrində ilk təşəbbüsdür. Mükafatın beynəlxalq arenada peşəkar kinematoqrafçılara da təqdim olunması üçün artıq Qazaxıstan və Qırğızıstandan əməkdaşlıq təklifləri gəlib. Layihə yaxın gələcəkdə beynəlxalq arenaya çıxmağı, qaliblərə verilən pul mükafatı fondunu artırmağı qarşısına məqsəd qoyub. Layihə gələcəkdə Azərbaycan kinosunun qadın seqmentinin inkişafına töhfə vermiş kişi kinematoqrafçıları da mükafatlandırmağı nəzərdə tutur.

“İzzət” kino mükafatlarının təqdimetmə mərasimində fəxri qonaq qismində İzzət Orucovanın yaxın qohumları da iştirak ediblər.

# 1192 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər