II Milli Yaylaq Festivalı keçiriləcək

II Milli Yaylaq Festivalı keçiriləcək
26 iyul 2022
# 14:30

29-31 iyul tarixlərində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə II Milli Yaylaq Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, artıq ikinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib.

“Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.

Xan yaylağının ərazisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərəcək.

Festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.

Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev Xan yaylağında olub və festivala hazırlıq işlərinin gedişatı ilə maraqlanıb. Təşkilati məsələlərlə, yaylaq ərazisində mədəniyyət guşələrinin və səhnələrin qurulması, mədəni proqramın tərtibi, kollektivlərin çıxışları, logistika məsələləri ilə yerində tanış olan nazir müavini festivalın layihə rəhbəri “Cavad xan” Tarix və Mədəniyyət fondunun vitse-prezidenti Müzadil Həsənovla, təşkilat komitəsinin üzvləri ilə və könüllülük proqramı üzrə seçilmiş gənclərlə görüşüb.

Görüşdə qeyd olunub ki, mədəniyyətin gənclər üçün əlçatan olması, milli mədəniyyətə sahib çıxması baxımından könüllülərin və ümumiyyətlə, gənclərin tədbirdə iştirakı vacibdir. Azərbaycan gəncliyinin mədəni proseslərdə fəal iştirakı Mədəniyyət Nazirliyinin strateji məqsədlərindəndir.

Yaylaq ərazisində hazırlıq işlərinin tamamlanması və təşkilati məsələlərin həlli üçün tapşırıq və tövsiyələrini verən E.Əliyev bildirib ki, Mədəniyyət Nazirliyi milli mədəniyyətin təbliğinə yönəlmiş Yaylaq Festivalına xüsusi önəm verir və tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi dəstəyi göstərir.

Azərbaycan mədəniyyətinin, tarixinin tanıdılmasının Mədəniyyət Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən nazir müavini Nazirliyin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, o cümlədən “Yurd” layihəsi haqqında məlumat verib.
Festival məkanında milli mədəniyyətimizin canlandırılması - tədbirin bədii proqramın, açılış və bağlanış mərasimlərinin təşkili, oyun və konsert səhnələrinin quraşdırılması Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

II Milli Yaylaq Festivalının bədii proqramına Akademik Musiqili Teatr, Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, həmçinin Gəncə, Masallı və Şəki Regional Mədəniyyət İdarələrinin musiqi, rəqs və folklor kollektivlərinin çıxışları daxildir.

# 3223 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər