Hitler Stalini niyə təbrik etmişdi? - Əbədi dostluğa çevrilən gizli razılaşma

Hitler Stalini niyə təbrik etmişdi? - Əbədi dostluğa çevrilən gizli razılaşma
2 may 2025
# 18:51

Kulis.az Firuz Mustafanın yeni yazısını təqdim edir.

Bəlkə də, çoxları bilmir ki, XX əsrin 30-cu illərinin sonunda SSRİ üçün ən böyük düşmən Almaniya deyil, Böyük Britaniya idi. Əslində, həmin dövrdə Stalin ilə Hitler bir çox məsələlərdə eyni mövqe və düşüncəyə malik rəhbərlər idilər.

1939-cu ilin avqust ayında Molotov-Ribbentrop paktına, daha doğrusu, Stalin və Hitler razılaşmasına görə, Avropanın iki yerə bölünməsi nəzərdə tutulurdu. (Həmin dövrdə İohim fon Ribbentrop Almaniyanın Xİ naziri idi).

Gizli pakt bağlanışından sonra alman qonaqlara Kremldə banket təşkil olundu. Stalin həmin banketdə Hitlerin və Gimmlerin sağlığına badə qaldırdı.

1939-cu ildə alman xalqının “əbədi füreri” Adolf Hitler teleqram vuraraq Sovet xalqının “əbədi rəhbəri” İosif Stalini anadan olmasının 60 illiyi münasibəti ilə təbrik etmişdi və həmin təbrik həmin ilin 23 dekabr tarixli sayında “Pravda” qəzetinin 1-ci səhifəsində dərc olunmuşdu.

Stalin öz ideya dostuna göndərdiyi cavab teleqramda Alman-Sovet dostluğunun daimi olacağına inam bəslədiyini bildirirdi.

Bəli, tezliklə Avropanın “bölüşməsi” başladı. Hitler Polşanı işğal etdi. Stalin Pribaltikanı ələ keçirdi. Bu münasibətlə hər iki “dost” dövlətin rəhbərləri hətta bir-birlərini təbrik də etdi.

17 sentyabr 1940-cı il tatixdə sovet və alman ordusu Brestdə birgə parad keçirdi…

Kommunizm və nasizm ideyaları zahirən bir-birinə yad olsa da, mahiyyətcə bir-birinə doğma idi.

1939-41-ci illər arasında SSRİ “dost” Almaniyaya 1,5 mln ton neft, 1,5 mln ton taxıl, habelə külli miqdarda digər xammal məhsulları ixrac etdi. Bu alış-veriş ta müharibə başlayan günəcən davam edib.

Həmin dövrdə Sovet pilotları Almaniyada təlim keçirdi, birgə kimyəvi sınaqlar keçirilirdi, birgə tank və aviasiya məktəbləri fəaliyyət göstərirdi…

Hər iki rəhbərin dünyanı qamarlamaq iştahı böyük idi. Düzdü, əvvəlcə almanlar hücuma keçdilər. Amma bu olmasaydı belə, gec ya tez ruslar almanların üzərinə hücuma keçəcəkdilər.

Ən maraqlısı budur ki, Almaniyaya taxıl aparan sonuncu sovet eşalonu Teraspola 22 iyun 1941-ci ildə, müharibənin başlamasına bir neçə dəqiqə qalmış daxil oldu. Taxıl öz ünvanına çatdırıldı. Az sonra alman qoşunları SSRİ-yə qarşı hücuma keçdi..

Və indiyəcən almanlar sonuncu eşalonda aparılan sovet taxılının ödənişini etməyiblər... Bir də ki, kimə ödəsinlər axı?.. Ta SSRİ yoxdur. Daha doğrusu, SSRİ dağıldı. Əvəzində isə bir zaman dağılmış, parçalanmış Almaniya təzədən birləşdi.

P.S. Düz yetmiş il əvvəl - 1953-cü il dekabr ayının 23-də Beriya və onun əlaltılarından bir neçəsi (Kobulov, Dekanozov və b.) “xalq düşməni” kimi güllələnib.

# 4171 dəfə oxunub

Oxşar xəbərlər

Su üstündən atlanmaq günahdır, yoxsa qədim ayin? - Türklərin qədim yaz bayramları

Su üstündən atlanmaq günahdır, yoxsa qədim ayin? - Türklərin qədim yaz bayramları

12:00 20 mart 2026
Nəriman Nərimanov  oruc tutmaq haqqında  nə yazırdı?

Nəriman Nərimanov oruc tutmaq haqqında nə yazırdı?

10:00 20 mart 2026
Azərbaycanda Novruz bayramı  qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir

08:15 20 mart 2026
Bu gün  Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

07:50 20 mart 2026
Əməkdar artist Raziyyə Şirinova vəfat etdi

Əməkdar artist Raziyyə Şirinova vəfat etdi

02:10 20 mart 2026
Şuşada Novruz bayramı münasibətilə konsert keçirildi

Şuşada Novruz bayramı münasibətilə konsert keçirildi

22:00 19 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər