Gürcüstanda Azərbaycan mədəniyyət ocaqlarına ayrılan dövlət vəsaiti artırılır

Gürcüstanda Azərbaycan mədəniyyət ocaqlarına ayrılan dövlət vəsaiti artırılır
10 oktyabr 2025
# 10:23

Gürcüstanın gələn ilin dövlət büdcəsindən Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün ayrılacaq vəsaitin həcmi məlum olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın 2026-cı il üçün dövlət büdcəsi layihəsinə əsasən, növbəti il üçün muzeyə 78 min lari (49 min AZN), teatra isə 377 min lari (236,5 min AZN) həcmində vəsait ayrılacaq.

Hər iki mədəniyyət ocağı üçün nəzərdə tutulan vəsaitlərin həcmi 2025-ci ildə ayrılmış vəsaitlərdən çoxdur. Belə ki, builki dövlət büdcəsindən muzeyə ayrılmış dövlət vəsaiti 64 min lari, teatr üçün isə 318 min lari təşkil edir.

Muzey dövlət vəsaitinin 50 min larisini maaşların ödənilməsinə yönəldəcək, 28 min larini isə qanunla icazə verilən xidmətlər əsasında əldə edə biləcək.

Teatr isə dövlət vəsaitinin 356 min larisini əməkhaqlarının qarşılanması üçün istifadə edəcək. Mədəniyyət ocağı il ərzində qanunvericiliyə uyğun xidmətlər əsasında 20 min lari həcmində gəlir əldə etmək hüququna malik olacaq. Digər xərclər üçün isə min lari nəzərə tutulub.

Büdcə layihəsində Petros Adamyan adına Tbilisi Dövlət Erməni Dram Teatrına ayrılması planlaşdırılan dövlət vəsaitinin həcmi 906 min lari (568,3 min AZN) təşkil edir. Bu rəqəm 2025-ci ilin dövlət büdcəsində 752 min lari olub. Gələn il üçün vəsait illik müqayisədə 20,4% çox olmaqla yanaşı, Azərbaycan teatrı üçün ayrılacaq dövlət vəsaitini 2,8 dəfə üstələyir.

Qeyd edək ki, hazırda layihə Gürcüstan parlamentində komitələr formatında müzakirə olunur. Sənədin oktyabrın 14-də hökumətə təqdim olunacağı gözlənilir. Daha sonra layihə düzəlişlərlə birgə parlamentin sessiya iclaslarında müzakirələrə çıxarılacaq.

# 1461 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər