Gilyan Mörfi səhnə ilə vidalaşdı

Gilyan Mörfi səhnə ilə vidalaşdı
23 iyul 2025
# 14:50

Amerika Balet Teatrının baş rəqqasəsi, dünyanın ən tanınmış balerinalarından biri olan Gilyan Mörfi iyulun 18-də Nyu Yorkdakı Metropolitan Opera Evində "Qu gölü" tamaşası ilə səhnə fəaliyyətini yekunlaşdırıb.

Kulis.az xəbər verir ki, sənətçi karyerası boyunca "Don Kixot", "La Bayadere", "Jizel", "Zoluşka", "Yatan gözəl" və xüsusilə "Qu gölü" baletlərindəki baş rolları ilə yadda qalıb.

2005-ci ildə "PBS" tərəfindən lentə alınan "Odette və Odil" çıxışı ona dünya şöhrəti qazandırıb.

Gilyan Mörfi "Mariinski", "Royal Swedish Ballet", "Staatsballett Berlin", "Kiyev Baleti" və "Australian Ballet" kimi nüfuzlu səhnələrdə də kimi çıxış edib. O, həmçinin üç mövsüm Yeni Zelandiya Kral Baletində baş rəqqasə kimi çalışıb.

Qeyd edək ki, Mörfi dünyanın ən nüfuzlu balerinalarından biri hesab olunur və xüsusilə "Qu gölü" tamaşalarında ifa etdiyi Ağ və Qara qu quşları (Odette və Odil) rolları ilə məşhurlaşıb.

O, 1996-cı ildə cəmi 17 yaşında Amerika Balet Teatrına qoşulub, 1999-cu ildə solist, 2002-ci ildə isə baş rəqqasə adına layiq görülüb.

Gilyan Mörfi sənətə verdiyi töhfələrə görə 1998-ci ildə "Princess Grace" təqaüdü, 2009-cu ildə isə "Princess Grace" Heykəli mükafatı ilə təltif olunub. O, həmçinin UNCSA-nın fəxri doktoru və 2018-ci ildə Kaliforniya Sent-Meri Kollecinin fəxri məzunu adına layiq görülüb.

# 1235 dəfə oxunub

Oxşar xəbərlər

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər