Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

Gənc Tamaşaçılar Teatrı  beynəlxalq festivalda ölkəmizi təmsil edəcək
22 sentyabr 2023
# 10:38

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabrın 25-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmçətindən Kulis.az-a verilən məlumata görə, “ART - ORDO 2023” IX Teatr Festivalı Xalq artisti Baken Kıdekeyavanın 100 illiyinə həsr olunub.

Sentyabrın 30-dək davam edəcək festivalda Gənc Tamaşaçılar Teatrı “İnanıram” adlı monotamaşa ilə çıxış edəcək.

Ülviyyə Heydərovanın qələmə aldığı eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edir.

Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür...

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.

# 2032 dəfə oxunub

Oxşar xəbərlər

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

18:30 30 sentyabr 2026
Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

18:00 30 sentyabr 2026
“Taxt oyunları” serialının filmi çəkiləcək

“Taxt oyunları” serialının filmi çəkiləcək

17:30 30 sentyabr 2026
Afra Saraçoğlu və Aras Bulut İynemlinin  narkotik testinin nəticəsi açıqlandı

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticəsi açıqlandı

17:00 30 sentyabr 2026
Tanınmış sosial media fenomeni saxlanıldı

Tanınmış sosial media fenomeni saxlanıldı

16:30 30 sentyabr 2026
Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

16:27 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər