Film çəkdiyinə görə tələbəni imtahanlardan kəsdilər... - İncəsənət Universiteti səbəbi açıqladı

Film çəkdiyinə görə tələbəni imtahanlardan kəsdilər... - İncəsənət Universiteti səbəbi açıqladı
11 dekabr 2025
# 13:10

"Onlara bel bağlayıb filmdə iştirak etdim. Bir ay çəkilişimiz oldu. İcazə kağızı yazdılar, ancaq ləğv olundu".

Bu sözləri Kulis-a açıqlamasında "Atropat" filminin ikinci rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" ixtisasının II kurs tələbəsi Mirzahid Ağayev deyib:

“Atropat” Azərbaycan Respublikası Kino Agentliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müştərək filmidir. Bu filmin səhmlərinin “Caspian Media Group” götürüb və hardasa 80 faizini çəkib. Mən orada ikinci rejissor idim. Paralel olaraq İncəsənət Universitetinin ikinci kursunda oxuyuram. Mən “Caspian Media Group”dan ikinci rejissor olmağımla bağlı İncəsənət Universitetinə icazə kağızı yazmaqlarını istədim. Dedilər ki, narahat olmayın, hər şey bizim əlimizdədir, həll edəcəyik. Mən də onlara bel bağlayıb filmdə iştirak etdim. Bir ay çəkilişimiz oldu. İcazə kağızı yazdılar, ancaq ləğv olundu".

O, qaiblərinin silinməyini istəsə də, bu, baş verməyib və imtahnanlardan kəsilib:

"Sonra mən dedim ki, heç olmasa, zəng eləyib deyib, 5-10 qaib silsinlər. Universitetə gedəndə xəbər tutdum ki, limitə düşmüşəm. Halbuki mən rejissorluq oxuyuram və o filmdə də öz peşəmi icra eləmişəm. Rektorumuz Ceyran Mahmudova bu sözlərlə razılaşmadı. Dedi ki, kəsilmisən, başqa yolu yoxdu. Heç nə edə bilmədim, kəsdilər".

Məsələ ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqə saxladıq. Universitetin mətbuat katibi Şahanə Müşfiq dərsdə iştirak etməyən tələbəyə qaib yazılmamağının qeyri-mümkün olduğunu bildirib:

"Mirzahid Ağayev hazırda, bakalavr pilləsində rejissorluq ixtisasının televiziya rejissorluğu ixtisaslaşması üzrə IV təhsil ilində paralel yox, əyani təhsil alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23. bəndinə əsasən “Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər. Bu qərara əsasən və ümumiyyətlə dərsdə iştirak etməyən tələbəyə qaib yazılmaması qeyri-mümkündür. Çünki tələbə dərsdə iştirak etməyən vaxt bir hadisə baş verərsə, onun məsuliyyəti bilavasitə ona dərs deyən müəllimin və dekanlığın üzərinə düşür".

Açıqlamada qeyd olunur ki, bakalavr pilləsində əyani təhsil alan tələbələr ancaq dərsdənkənar vaxtlarda işləyə bilərlər:

“Caspian Media Group” MMC tərəfindən göndərilən məktubda Mirzahid Ağayevin “Atropat” filminin çəkilişində iştirak etdiyi üçün 15 sentyabr-25 oktyabr tarixlərində dərslərdən azad edilməsi xahiş edilir. Lakin göstərilən müddət ərzində tədris olunan 4 fəndən 25%-dən çoxunda iştirak etmədiyi üçün bu fənlərdən imtahana buraxılmayacaq.

Məlumat üçün bildiririk ki, ixtisasından asılı olmayaraq bakalavr pilləsində əyani təhsil alan tələbələrin müvafiq cədvələ əsasən dərslərdə iştirakı vacibdir. Onlar ancaq dərsdənkənar vaxtlarda işləyə bilərlər. Magistratura səviyyəsində dərslər axşam növbəsində olduğu üçün onlar gündüzlər işləyə bilir".

# 252 dəfə oxunub

Oxşar xəbərlər

“Poeziya Xəzrisi” bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Poeziya Xəzrisi” bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

13:47 11 dekabr 2025
Dünyada ilk:  İtalyan mətbəxi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edildi

Dünyada ilk: İtalyan mətbəxi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edildi

13:00 11 dekabr 2025
Daha bir ölkə "Avroviziya 2026"da  iştirakdan imtina etdi

Daha bir ölkə "Avroviziya 2026"da iştirakdan imtina etdi

12:20 11 dekabr 2025
İslandiya da "Eurovision"dan imtina etdi

İslandiya da "Eurovision"dan imtina etdi

12:10 11 dekabr 2025
Azərbaycanlı rejissorun yeni layihəsi Kann Film Festivalında iştirak edəcək

Azərbaycanlı rejissorun yeni layihəsi Kann Film Festivalında iştirak edəcək

12:04 11 dekabr 2025
"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

12:00 11 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər