Macar rejissor İldiko Enyedi “Səssiz dost” filmi ilə "Qızıl Aslan" mükafatına namizəd olub.
Kulis.az xəbər verir ki, rejissorun “Sessiz dost” filmi yarışın diqqət mərkəzinə çevrilib.
Film Ginqko ağacının gözü ilə insan və təbiət münasibətlərini poetik bir dillə göstərir və həm elmi, həm də fəlsəfi mövzulara toxunur.
Festivalın son günündə təqdim olunan bu film, yarış mühitini daha da qızışdırıb.
Qeyd edək ki, "Qızıl Aslan" mükafatını eyni zamanda dörd filmə vermək mümkün olmasa da, yarışda diqqət çəkən rejissorlar arasında Kaouther Ben Hania, İldiko Enyedi, Yorgos Lantimos və François Ozon yer alır.