Ətrafda ağlını itirsə hər kəs - Redyard Kiplinq

Ətrafda ağlını itirsə hər kəs - Redyard Kiplinq
18 yanvar 2024
# 14:00

Bu gün görkəmli ingilis yazıçı və şair Redyard Kiplinqin anım günüdür.

Kulis.az onun "Əgər" şeirini təqdim edir.

Ətrafda ağlını itirsə hər kəs

Təkcə sən qorusan soyuqqanlığı,

Əgər üz çevirsə ən yaxın dostun

Qalmasa bir arxan özündən ayrı,

Təlaşsız, təmkinlə susaraq həm də

Yalana yalanla cavab vermədən

Özünü qəzəbə hədəf etmədən

Və həm də təkəbbür satmadan əsla,

Əgər əlindəysə nəfsin cilovu

Əksinə o sənə hakim deyilsə

Möhkəm ol yenilsən, yensən də əgər

Bil ki bir maskadır bunlar üzündə

Və əgər özünü hazır bilirsən

Sözdən söz çıxaran oyunbazların

əlindən qurtulub yenə də təkrar

O əski gücünü qaytara bilsən

Və əgər səninçün adi bir şeysə

Uduzub hər şeyi yenidən udmaq,

Hər şeyi buraxıb masa üstünə

Təkrar uduzaraq buna yanmamaq,

Və elə bir halətə düşəsən ki sən

Bir addım atmağa bir can verəsən

İlləri arxada qoyandan sonra

Quruca bir iradən səni saxlaya.

Dövlət qulluğuna dursan da əgər

Sadə camaatla keçinə bilsən

Hər kəsin fikrinə hörmət göstərib

Hakimin yanında boyun əyməsən,

Böyük hədəflərə qoşaraq həm də

Hər anı şərəflə yaşaya bilsən

O zaman bu dünya sənindir, oğlum!

Və ən önəmlisi, insansan, - İnsan!

Tərcümə: Rasim Qaraca

# 1854 dəfə oxunub

Oxşar xəbərlər

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

16:15 15 iyul 2026
"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

15:00 15 iyul 2026
Riki Martin bu ölkədəki konsertini ləğv etdi

Riki Martin bu ölkədəki konsertini ləğv etdi

13:41 15 iyul 2026
44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

12:50 15 iyul 2026
Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

11:17 15 iyul 2026
Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

10:47 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər