Erməni oğurluğunun qarşısı necə alındı - Açıqlama

Erməni oğurluğunun qarşısı necə alındı - Açıqlama
28 fevral 2025
# 19:30


Müəllif hüquqlarının pozulması

Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının erməni ifaçı Artash Asatryan tərəfindən, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın isə erməni ifaçı Tiqran Asatryan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Bu barədə APA-ya Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

“İntizar” mahnısının mənimsənilməsi

Bildirilib ki, Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının musiqisi bəstəkar Nüşabə Muradovaya və sözləri Südabə Şəfaya məxsusdur. Mahnı ilk dəfə 1979-cu ildə ifa edilib. Mahnının musiqi müəllifi N.Muradovanın müraciətinə əsasən “İntizar” mahnısı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilib.

Özünü “İntizar” mahnısının söz və musiqi müəllifi kimi qeyd edən erməni Artash Asatryan onu “Ter Hisus Ari” adı ilə ifa edib və Yutub səhifəsində yerləşdirib. Bununla da erməni ifaçı Artash Asatryan tərəfindən mahnının azərbaycanlı müəllifləri N.Muradova və S.Şəfanın şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozulub.

“Yeni il" mahnısının mənimsənilməsi

Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın musiqisi isə bəstəkar Gülər Həsənovaya və sözləri şair Baba Vəziroğluna məxsusdur. Mahnı ilk dəfə 1999-cu ildə ifa edilib. Mahnının musiqi müəllifi G.Həsənovanın müraciətinə əsasən “Yeni il mahnısı” 2001-ci ildə Əqli Mülkiyyət Agentliyində (o zamankı Müəllif Hüquqları Agentliyi) qeydiyyatdan keçirilib və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilib.

“Yeni il mahnısı” erməni ifaçı Tiqran Asatryanın ifasında “Qez Hamar” adı ilə Yutubun Asatryan tərəfindən mahnının müəllifləri G.Həsənovanın və B.Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarını pozub.

Əqli Mülkiyyət Agentliyinin müdaxiləsi

Qeyd edilən hər iki məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarının kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə Artash Asatryanın ifasında “Ter Hisus Ari” və Tiqran Asatryanın ifasında “Qez Hamar” adlı mahnılar Yutubun müvafiq səhifələrindən silinib.

Yutubda hüquq bərpası

Bununla da “İntizar” manısının müəllifləri Nüşabə Muradova və Südabə Şəfanın, “Yeni il mahnısı”nın müəllifləri Gülər Həsənovan və Baba Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) pozulması faktı Yutub rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və adları göstərilən müəlliflərin pozulmuş hüquqları bərpa edilib.

# 2500 dəfə oxunub

Oxşar xəbərlər

Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

20:17 4 sentyabr 2026
Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

18:40 4 sentyabr 2026
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

17:23 4 sentyabr 2026
Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

16:40 4 sentyabr 2026
Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi

16:20 4 sentyabr 2026
"Dünyanın tanıdığı tək Karmen..." - Fidan Hacıyevanın konsert proqramından reportaj

"Dünyanın tanıdığı tək Karmen..." - Fidan Hacıyevanın konsert proqramından reportaj

16:00 4 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər