Düz xətlər arasında qadın ehtirasları - Murad Köhnəqala

Düz xətlər arasında qadın ehtirasları - Murad Köhnəqala
19 may 2025
# 09:00

Kulis.az Murad Köhnəqalanın "Düz xətlər arasında qadın ehtirasları" yazısını təqdim edir.

Georgi Kurasovla məni əslən Sankt-Peterburqdan olan tələbə yoldaşım, şair Serqey Paxomov tanış eləmişdi.

Sankt-Peterburq Rəssamlıq Universitetinin tələbəsi Sakit Məmmədovla da elə o zamanlar məni dostlarım – şair Səfər Rzasoylu ilə türkoloq Mahir Osmanoğlu
görüşdürmüşdü. Təbii ki, onda bu rəssamların heç biri indiki kimi məşhur deyildi.

Yadımdadı, Georgi ilə ilk dəfə görüşəndə ona demişdim, sən də türkəsillisən. Yazıq manqurtlar kimi mat-mat üzümə baxmışdı. Sonra demişdim: birincisi, üz quruluşundan monqoloidsən, ikincisi, rus dilçilərinin özləri də yazır ki, “K” ilə başlayan doğma rus adı yoxdu.
Dediyim bu sözlərdən sonra Georgi məni qucaqlayaraq xeyli gülmüşdü.

Bu yazımla sizi Georgi Kurasovla tanış etmək, onun rəsmlərindən nümunələr sərgiləmək istəyirəm.
Georgi Kurasov parlaq, düz xətlərlə işlənmiş geometrik rəsmləri ilə tanınan müasir rus rəssamdır. Təmiz, parlaq rənglər və dəqiq xətlərlə dinamik kompozisiyalar
işlədiyinə görə sənətşünaslar onun üslubunu “kubizmlə fovizmin sintezi” adlandırırlar.

Kurasovun yaradıcılığında qadın fiqurları üstünlük təşkil edir. O, bu obrazları abstrakt fonlara toxuyaraq eyni anda iki ziddiyyətli effekt əldə edir: duyğusallıq və riyazi
dəqiqlik. Bu rəsmlərdə əsasən qadın ehtirası aparıcılıq təşkil edir. Onun əsərlərində rast gəlinən qədim Misir ehram rəsmlərinə aksentlər də maraq doğurur.

Kurasov Leninqrad Rəssamlıq Akademiyasında heykəltəraşlıq ixtisası üzrə təhsil alıb. Onun əsərlərində, adətən, formalar sanki işıq və kölgə ilə yaranır, xətlərin geometriyası isə memarlıq çertyoju dəqiqliyi ilə hesablanır. Lakin bu riyazi hesablamaların fonunda rənglərin saf ekspressiyası ön plana çıxır.

Kurasovun texnikası kubizmə əsaslanır, ancaq bu kubizm, məsələn, Maleviçdəki kimi sərt, qaranlıq və ağır deyil. Əksinə, onun fırçasında kubizm yüngül, parlaq və canlıdır.
Georginin qəhrəmanlarının məkanı həndəsi hissələrə bölünsə də, onlar çox dinamik görünürlər.

Kurasovun əsərləri rəngli şüşə mozaikalarını xatırladır: burada hər bir şüşə parçası yalnız rənglə deyil, işıqla da doludur. Onun rəngləri dolğun, kontrastlı və təmizdir. Bu
yanaşma rəssamın hər bir rəsmini güclü vizual partlayışa çevirir.

Onun əsərləri hazırda dünyanın müxtəlif ölkələrində kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir. Georgi Kurasov kubizm sənətini ağıllı və geniş auditoriya üçün
əlçatan edən rəssamdır. Onun rəsmləri dəqiqdir - lakin soyuq deyil, parlaqdır - lakin qışqırmır. O, riyazi hesablamalarla ilham arasında balans yaradan bir
rəssamdır.
Bütün yaradıcılığı boyu öz üslubuna sadiq qalan Georgi: “İncəsənət eyni anda həm intellektual, həm emosional,
həm də dəqiq və duyğusal ola bilər!” - deyir.


# 2726 dəfə oxunub

Oxşar xəbərlər

Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

12:30 13 iyun 2026
Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

11:30 13 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər