Dünyada ən çox satılan qadın ətrinin müəllifi, qara rəngin vurğunu moda dahisi

Dünyada ən çox satılan qadın ətrinin müəllifi, qara rəngin vurğunu moda dahisi
19 avqust 2025
# 10:20

19 avqust məşhur fransız modelyer Koko Şanelin doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və fəaliyyəti haqqında maraqlı faktları təqdim edir.

Koko Şanel moda dahisi olmamışdan əvvəl bir müddət "Koko" ləqəbi ilə müğənnilik edib.

Şanel karyerasına bir “hobi” kimi papaq dizaynı ilə başlayıb.

1910-cu ildə ilk papağını dizayn etdikdən sonra parislilərin və dövrün məşhur fransız aktrisalarının marağını çəkdi. Bu da Şanelin şöhrət qazanmasına səbəb oldu.

Papaqlarını satdığı dövrdə Parisdə güclü bir iş adamı olan Artur Kapel ilə tanış oldu. Onun dizaynlarını çox bəyənən Kapel, Şanelin 1912-ci ildə Deauville şəhərində bir mağaza açmasına kömək etdi.

5 rəqəmi məşhur dizayner üçün xüsusi məna daşıyırdı. Bu səbəbdən də "Şanel No. 5" ətri 5 may 1921-ci ildə təqdim olundu.

Bütün dövrlərin ən çox satılan parfümü olan həmin ətir satışa çıxarılan ilk gündən böyük səs-küyə səbəb oldu. Hətta bu ikonik parfümdən Endi Varhol belə öz əsərlərində istifadə edib.

Məşhur aktrisa Merilin Monronun da sevimlisi olan bu parfüm bu gün də ən çox satılan qadın ətirləri arasında yer alır.

Şanelin ətri qədər dırnaq boyası da ikonikdir.

Rəvayətə görə, bu dırnaq boyasının yaranma hekayəsi olduqca maraqlıdır. 1990-cı illərdə Şanelin dəfiləsi zamanı makiyaj ustası modellərin dırnaqlarının boyasız olduğunu fərq edir.

Bir marker qələm ilə onların dırnaqlarını boyayır və modellər bu şəkildə podiuma çıxırlar. Sadə bir marker qələm ilə boyanan bu dırnaqlar daha sonra "Chanel Rouge Noir" adlı bordo rəngli ikonik dırnaq boyasının yaradılmasına səbəb olur.

Qadınlar üçün ilk kostyum dəsti ideyasını yaradan şəxs Koko Şanel olub. Daha əvvəl yalnız kişilərin geyindiyi kostyumları qadınlara uyğunlaşdıran ilk şəxs olaraq tarixə düşüb.

O dövrə qədər daha feminen xətlərə malik olan moda dünyası Şanel sayəsində qadın kostyumu ilə tanış olur və tamamilə yeni bir dövr başlayır.

Əvvəllər moda dünyasında qara rəng çox da məşhur deyildi, ta ki Şanel bu rəngi ön plana çıxarana qədər. Ağ, bej, qızılı və qırmızı Şanelin simvolik rəngləri olsa da, qara rəngin onun üçün xüsusi yeri var idi.

Şanelə görə qara rəng bir qadının işığını əks etdirir və əsas olanı vurğulayırdı. Bu düşüncədən yola çıxaraq, ikonik qara mini donu dizayn etdi və bu model brendin simvollarından birinə çevrildi.

Koko Şanelin adını daşıyan brend heç vaxt tam şəkildə ona məxsus olmayıb. Onun iş ortağı Pyer Vertheimer ilk başda şirkətin yalnız %10-nu Şanelə verdi.

Zaman keçdikcə Şanelin payı artsa da, o, heç vaxt şirkətin tam sahibi olmadı. Bu gün brend Pyer Vertheimerin varisləri tərəfindən idarə olunur.

# 973 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Fəhmi:   “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

İlqar Fəhmi: “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

13:30 2 may 2026
Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

13:15 2 may 2026
Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

12:10 2 may 2026
"Mən onları gözübağlı da udaram..." - Aleksandr Alyoxindən şahmat oynamağı necə öyrəndim?

"Mən onları gözübağlı da udaram..." - Aleksandr Alyoxindən şahmat oynamağı necə öyrəndim?

12:00 2 may 2026
Kinoda və teatrda ana rollarının ən yaxşı ifaçısı... - Onu səhnəyə kim qaytarmışdı?

Kinoda və teatrda ana rollarının ən yaxşı ifaçısı... - Onu səhnəyə kim qaytarmışdı?

10:30 2 may 2026
Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

15:30 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər