“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı çap olundu

“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı çap olundu
2 fevral 2022
# 12:42

“Dünya ədəbiyyatı”nın “İsrail" sayı hazırlanıb.

Kulis.az-ın verdiyi xəbərə görə, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı bütünlüklə İsrail ədəbiyyatına həsr edilib.

Mərkəzin sədr müavini, dərginin baş redaktoru Seyfəddin Hüseynli bildirir ki, İsrail ədəbiyyatının Azərbaycanda ilk belə geniş təqdimatı olan bu nəşrdə, müxtəlif ədəbi nəsilləri və cərəyanları təmsil edən, fərqli janrlarda dəyərli əsərlər ortaya qoymuş 43 müəllifin yaradıcılığı öz əksini tapıb.

S.Hüseynli deyir ki, dərginin bu sayında Azərbaycana bioqrafik cəhətdən birbaşa bağlı, mənşəcə dağ yəhudisi olan, daha sonra İsraildə və başqa ölkələrdə yaşayıb-yaradan ədiblərin də mətnlərinə, rəsm əsərlərinə, həmçinin onlarla bağlı nəzəri materiala yer verilib.

Dərgidə Benyamin Tammuz, Moşe Şmilyanski, Yakov Xurgin, Moşe Şamir, Savyon Librext, Yehudit Hendel, Aaron Apelfeld, Yishak Orpaz, Amos Oz, Miriam Bernşteyn-Kohen, Yehoşua Bar-İosef, Yishak Avi-David, Nissim Aloni, Аtalla Mansur, Hanoh Bartov, İehuda Yaari, Mordehay Avi-Şaul, İsaak Başevits-Zinger, Albert Beni, Etqar Keret, Rahel Bluvşteyn, Qali-Dana Singer, Zali Qureviç, Nurit Zarxi, Haim-Nahman Bialik, Arye Sivan, Pyotr Davıdov, Aqi Mişol, Amir Or, Meir Vizelter, Ronni Somek, Rami Meir, Natan Zax, Daliya Ravikoviç, Aşer Rayx, Maya Bejerano, Avraham Şlonski, Lea Qoldberq, Şaul Çernixovski, Yehuda Amiçai, Ş.Tal, Aron Vergelis və Moşe Dor kimi sanballı ədəbi imzaların əsərləri toplanıb. 298 səhifəlik nəşrin üz qabığında və içərisində əslən Azərbaycandan olan tanınmış yəhudi şair və rəssam Rami Meirin rəsm əsərləri yerləşdirilib.

Dərgidəki nəsr əsərlərini - hekayələri Xalq yazıçısı Anar, Elçin Hüseynbəyli, Ayna Əlixanova, Cavanşir Yusifli, Məqsəd Nur, Dürdanə İbrahimova-Hüseynbəyli, Natiq Səfərov, Məhərrəm Qasımlı, Azad Yaşar və İlahə Əkbərin tərcüməsində təqdim olunur. Ədəbiyyatşünas Aron Vergelisin “İsrail ədəbiyyatının qaynaqları” məqaləsini Seyfəddin Hüseynli çevirib. Poeziya nümunələri - şeirlər isə Səlim Babullaoğlu, Əkbər Qoşalı, Afaq Şıxlı, Qismət Rüstəmov, Fərid Hüseyn və Giya Paçxataşvilinin tərcüməsində verilib.

Mətnlər əsasən rus və ingilis dillərindən çevrilsə də, məşhur İsrail yazıçısı Moşe Şmilyanskinin hekayələrini şərqşünas Ayna Əlixanova orijinaldan - ivrit dilindən tərcümə edib.

# 2553 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər