Nəyin var, a bədbəxt? - Xeyrəddin Qocadan onu tənqid edən gəncə sərt cavab

Nəyin var, a bədbəxt? - Xeyrəddin Qocadan onu tənqid edən gəncə sərt cavab
22 may 2021
# 11:20

Kulis.az tanınmış yazıçı Xeyrəddin Qocanın gənc yazar Nadir Rzalının onun haqqında yazdığı tənqidə cavabını təqdim edir.

Kulis.az saytının 21 may 2021-ci il tarixli sayında özünü şair hesab edən, yazısından küçə uşağının səviyyəsi sezilən Nadir Rzalı adlı biri guya mənim sosial mediadakı statusumu əsas götürüb, haqqımda ağlına və ağzına gələni yazıb! İndi gərək mən ona elə cavab yazam ki, hörmətli oxucular onun "əldəqayırma şair" olduğunu bilsinlər.

Bədbəxt Nadir Rzalı, səni bu ölkədə tanıyan var? Bilirsən, sənin kimi nə qədər şairciklər var? Hanı sənin şeirin, hanı sənin kitabın?
Sübut etməyə çalışırsan ki, mən vətənpərvərlik nədir bilmirəm! "Mehman" əsərindəki Kamilovun sözü olmasın, mənim "Vətənə xidmətə görə ordenim var, sənin nəyin var, a bədbəxt? Sizin kimi heç kimin tanımadığı gənclər həmişə hamının tanıdığı adamlar haqqında uydurmalar yazırlar ki, reklam olunsunlar. Darıxma, indi mən səni reklam edəcəyəm.

Yazırsan ki, mənim yaradıcılığım köhnəlib. Gör necə savadsızsan ki, indiyədək bilmirsən ki, yaradıcılıq heç zaman köhnəlmir, uzaq başı yaradıcılıq tükənə bilər. Mən isə bir-birinin ardınca sosial mediada, mətbuatda yazılar yazıram, efirlərdə çıxışlar edirəm. Sən gör nə qədər savadsız və cahilsən ki, hələ yumorla satiranı bir-birindən ayıra bilmirsən. Yazırsan ki, mən gedib, yumorlarımdan ibarət kitab buraxsam yaxşıdır. Mənə, atandan da böyük kişiyə yol göstərirsən! Mənim barmaq hesabı yumorlarım ola, ya olmaya, mən həyatım boyu satira yazmışam! Satira isə xalqın,cəmiyyətin dərdi deməkdir! Sən isə yazırsan ki, mən belə şeylər barədə yaza bilmərəm, qüdrətim çatmaz. Həm də yazırsan ki, 7-8 kitab buraxmışam, vəssalam! Mənim biri Akademik Milli Dram Teatrı da olmaqla 6 pyesim səhnələşdirilib, iyirmi kitabım çap olunub, Heydər Əliyev sarayında "Bilirəm, səsim xoşunuza gəlməyəcək..." adlı musiqili satira gecəm keçirilib. Yenə Kamilovun sözü olmasın, ədəbi yaradıcılığıma görə Prezidentin fərdi təqaüdünə, "Şöhrət" ordeninə layiq görülmüşəm. Çoxlu ədəbi mükafat almışam. Yenə soruşuram, sənin nəyin var, a bədbəxt! Olmadığı üçün də daxildən qıvrılırsan, özündən qat-qat tanınmış adamı-məni gözdən salmaq istəyirsən! Get, işinlə məşğul ol, adamını tanı! Qaldı mənim statusuma, mən heç kimin duyğularını məsxərəyə qoymamışam, sadəcə özlərini vətənpərvər kimi göstərənləri tənqid etməyə çalışmışam ki, belələri ölkədə çoxdur! Necə ki, sən özünü şair hesab edirsən! Necə ki, görkəmli sənətkar Habil Əliyev bir xalq artisti haqqında deyib ki, "a kişilər, buna bax ey, gedib yuxarıları inandırıb ki, guya bu oxuyandır!"

Guya, sən də şairsən!

Yenə deyirəm, "get işinlə məşğul ol!

İndi hörmətli oxuculardan soruşuram, sənin tənqidin güclüdür, yoxsa mənim?

# 4005 dəfə oxunub

Oxşar xəbərlər

Bülənt Ecevitin şair tərəfi... - Çingiz Aytmatov onun şeirləri barəsində nə yazmışdı?

Bülənt Ecevitin şair tərəfi... - Çingiz Aytmatov onun şeirləri barəsində nə yazmışdı?

15:30 5 noyabr 2025
Sevgi öləndə belə, bir-birimizi sevəcəyik - Günün mahnısı

Sevgi öləndə belə, bir-birimizi sevəcəyik - Günün mahnısı

15:30 5 noyabr 2025
Xəstəxanadan evə buraxılan Vaqif Vəliyev vəfat etdi

Xəstəxanadan evə buraxılan Vaqif Vəliyev vəfat etdi

15:20 5 noyabr 2025
"Rasim Qaraca 24 saat keçməmiş bizi təhqir elədi..." - Rəşad Səfər

"Rasim Qaraca 24 saat keçməmiş bizi təhqir elədi..." - Rəşad Səfər

15:00 5 noyabr 2025
"Oskar" qazanan ilk ingilis aktrisa - Çörçill onun haqqında nə demişdi?

"Oskar" qazanan ilk ingilis aktrisa - Çörçill onun haqqında nə demişdi?

14:00 5 noyabr 2025
İstanbulda ispandilli ədəbiyyat günləri - 3-cü  İbero-amerikalı Yazıçıların Görüşü başlayır

İstanbulda ispandilli ədəbiyyat günləri - 3-cü İbero-amerikalı Yazıçıların Görüşü başlayır

13:43 5 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər