İtlərin hüququ - Oğuz Ayvaz yazır...

İtlərin hüququ - Oğuz Ayvaz yazır...
11 iyun 2020
# 11:35

Sərt karantin günlərində qərar çıxdı ki, itlərinizi gəzdirə bilərsiz. Qərardan dərhal sonra sosial şəbəkələr itlərdən statuslar yazdı, zarafatlar edildi, ana səhifə ironiyalarla dolub-daşdı.

Heyvanların da isti havada nəfəs almaq, gəzmək haqları var. Bu günlərdə mənim də bir küçüyə ehtiyac duyduğum vaxtlardı. Sonuncu dəfə itimiz 5 ay əvvəl evdən çıxaraq bir daha geri dönmədi. Onun yoxluğunu təzə-təzə unudurdum. Aradan keçən günlərdə həyatımda nələrinsə çatışmadığını hiss etməyə başladım. İtimiz itkin düşəndən boşluqdaydım. Ən sadiq dostum da tərk eləmişdi məni. İndi dost-tanışa xəbər salmışam ki, bir küçük bağışlasınlar mənə.

Koronalı günlərdə itlərin boş küçələrdə dolaşmağı yəqin ki, insanlarımızın heyvanlara olan sevgisini də artıracaq. Düşünürəm, əksəriyyətimiz heyvan bazarından, internet üzərindən ev heyvanı axtarışına başlayıb. Humanist cəmiyyətimiz itlərə olan sonsuz sevgisini bu ağır günlərdə bir daha sübut edəcək. Bir anlıq təsəvvür edin, şəhərin küçələri, parkları əllərində xalta rəngbərəng itlər. Ağ, qara, qonur, boz rənglər...

Uşaqlığımdan heyvanlardan ən çox itləri sevmişəm. Məhəlləmizdə küçə itlərinin balalarını böyüdürdüm. Onlara təpələrdə yuvalar düzəldirdim. Məktəbə getdiyim vaxtlarda onlar yuvalarını tərk edib yollarda maşınların altında qalırdılar. Uşaqlığımın ilk əzabları küçüklərin ölümləri ilə başlamışdı.

Tarixə nəzər salsaq, itlər haqda kövrək hadisələr olduğunu görərik. Məsələn, Hindistanda 1993-cü ildə baş verən ardıcıl partlayışlar zamanı xeyli sayda hərbi silah-sursatı taparaq minlərlə insanı ölümdən xilas edən Zanjeer adlı qəhrəman it yada düşür. İt deməyə dilim də gəlmir. Ölümündən sonra təntənəli surətdə dəfn edilmişdi. Yaxud vəfalı dost Hatikonun hekayəsi. Kosmosa uçan Layka!

Etiraf edirəm ki, son zamanlar insanlarla münasibətim, dostluğum alınmır. İtlərə ehtiyac duyduğumu elə dərin hiss edirəm ki... İnsanlar incidir məni və bu depressiya dövründə sığına biləcəyim liman itlərin sonsuz sevgisidir.

İndi, karantin günlərində itlərə verilən azadlıq məni sonsuz dərəcədə xoşbəxt edir.

# 3442 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şəfiqə Məmmədova ilə görüş oldu

Xalq artisti Şəfiqə Məmmədova ilə görüş oldu

18:35 30 aprel 2025
Bəs siz bu romanları oxumusunuz? - Dünyanın ən çətin oxunan 5 romanı

Bəs siz bu romanları oxumusunuz? - Dünyanın ən çətin oxunan 5 romanı

18:10 30 aprel 2025
Fotoqraf model sevgilisini boğub öldürdü

Fotoqraf model sevgilisini boğub öldürdü

17:41 30 aprel 2025
“Welcome to Azerbaijan”  kitabının təqdimatı oldu

“Welcome to Azerbaijan” kitabının təqdimatı oldu

17:00 30 aprel 2025
Vaqif Bəhmənli ilə görüş keçiriləcək

Vaqif Bəhmənli ilə görüş keçiriləcək

16:35 30 aprel 2025
"Dallas"ın ulduzu vəfat etdi

"Dallas"ın ulduzu vəfat etdi

15:58 30 aprel 2025
#
#
# # #