Buxarestdə Fuad İbrahimovun dirijorluğu ilə konsertlər təşkil olunub

Buxarestdə Fuad İbrahimovun dirijorluğu ilə konsertlər təşkil olunub
12 dekabr 2025
# 13:18

Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Buxarestdə möhtəşəm konsertlər təşkil olunub.

Kulis.az xəbər verir ki, konsertlər Buxarestin ən nüfuzlu musiqi məkanlarından biri olan Corc Enesku adına Konsert zalında keçirilib. Konsertlərdə Enesku Filarmonik Orkestri Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edib.

Proqrama dünya klassik musiqisinin seçmə nümunələri daxil edilib. Dinləyicilərə Klod Debüssinin “L’après-midi d’un enfant” əsəri, görkəmli bəstəkar Sofiya Qubaydulinanın dünyaşöhrətli skripkaçı Gidon Kremerə həsr olunmuş birinci skripka konserti təqdim olunub. Hər iki axşamın solisti qismində musiqi aləmində canlı əfsanə kimi tanınan Gidon Kremer çıxış edib.

Konsert proqramında, eyni zamanda, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, eləcə də İqor Stravinskinin “Alovquşu” baletindən (1919-cu il redaksiyası) süita səsləndirilib. Qara Qarayevin əsərinin Rumıniyanın aparıcı simfonik orkestrinin ifasında təqdim olunması Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Konsertlərdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, səfirliyin əməkdaşları, Rumıniyada yaşayan azərbaycanlı diaspor nümayəndələri, eləcə də yerli musiqisevərlər və ictimaiyyətin tanınmış simaları iştirak ediblər.

Qeyd edək ki, Fuad İbrahimov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olmaqla yanaşı, Yeni Münhen Filarmoniya Orkestrinin və Bakı Dövlət Kamera Orkestrinin də baş dirijorudur. Onun Avropanın aparıcı musiqi səhnələrindəki çıxışları Azərbaycan dirijorluq məktəbinin nüfuzunun artmasına mühüm töhfə verir.

Buxarestdə keçirilən bu konsertlər Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təqdimatı olmaqla yanaşı, ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişafına xidmət edir.

# 1386 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər