"Bu qeyri-peşəkarlıqdır..." - Azər Aydəmirin Vəkillər Kollegiyasına cavabı

"Bu qeyri-peşəkarlıqdır..." - Azər Aydəmirin Vəkillər Kollegiyasına cavabı
17 fevral 2025
# 18:35

Müstəqillik tariximizdə “o*raş vəkil”, “qansız həkim”, “rüşvətxor hakim”, “avara polis” olduğu kimi, “şərəfsiz rejissor” və “namussuz ssenaristlər” də var.

Kulis.az xəbər verir ki, bu sözlər aktyor Azər Aydəmirin Vəkillər Kollegiyasının bəyanatı haqqında yazdığı statusdandır.

Onun sözlərinə görə, konspirologiyaya inanmaq qeyri-peşəkarlıqdır:

"Hörmətli vəkillərimizin bədii materiala həssaslıqla, emosional şəkildə yanaşması və həmin materialı həqarət kimi qəbul etməsi çox üzücüdür. Bu, Beynəlxalq Coğrafiya Cəmiyyətinin “düzplanetçilərə” qarşı fikir bildirməsinə və ya onlarla polemikaya girməsinə bənzəyir. Vəkillik ədalət prinsipləri əsasında fəaliyyət göstərən, qərarlarını soyuqqanlı və obyektiv şəkildə verən, hərəkətlərini təmkinlə idarə edən bir peşədir. Hörmətli vəkillərimizin “Əqrəb mövsümü: İki dünya bir olsa da” serialında hansısa sifariş xarakterli bir əməl, yaxud fikir axtarması, vəkillərin nəyəsə və kiməsə “alət edilməsi” düşüncələrini irəli sürməsi hörmətli vəkillərimizin “konspirologiya”ya inanmasına dəlalət edir. Bu da çox xoşagəlməz işdir. Əgər biz hüquq və qanunlardan danışırıqsa, burada konspirologiyaya yer vermək, ən yumşaq halda, qeyri-peşəkarlığın göstəricisidir. Müstəqillik tariximizdə “o*raş vəkil”, “qansız həkim”, “rüşvətxor hakim”, “avara polis” olduğu kimi, “şərəfsiz rejissor” və “namussuz ssenaristlər” də var.

Aktyor qeyd edib ki, Vəkillər Kollegiyasının bəyanatı onun gələcəyə ümidlərimi sarsıdır:

"Sadəcə, qanunun aliliyi, karmanın ədaləti onları araşdırıb ortaya çıxarır və ədalət öz hökmünü oxuyur. Sadaladığım vəzifə sahiblərinin yaxşıları və peşəkarları da varmı? Təbii ki, var. Və şükürlər olsun ki, onlar çoxluq təşkil edir! Son dövrlərdə aparılan kadr islahatları bunun bariz nümunəsidir. Böyüyən, inkişaf edən və sürətli urbanizasiyaya məruz qalan cəmiyyətimiz bu cür xoşagəlməz hallarla hələ tez-tez qarşılaşacaq. Bu bir təkamül prosesidir. Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik ki, bu da müxtəlif qurumlar tərəfindən BİRmənalı qarşılanır. Bu, narahatlıq doğuran bir faktdır. Elə çıxır ki, siz buna inanmırsınız?! Bu da məyusluq doğurur. Onu da deyim ki, bu cür yanaşmanızla bir Azərbaycan vətəndaşı olaraq mənim gələcəyə olan ümidlərimi sarsıdırsınız. Çünki nə də olmasa, siz məndən çox bilirsiniz axı. Mənim canlandırdığım qəhrəman – Rauf Eyvazov müstəntiqdir. Mövcud vəziyyətdə istintaq aparır. Sizcə, o, istintaqı düzmü aparır? Məsələlərə obyektiv yanaşırmı? Yüksək peşəkarlıq nümayiş etdirirmi? Polis personajı düz qərarlar qəbul edirmi? Təbii ki, yox. Siz axı hüquqşünassınız. Siz bunları sıravi tamaşaçıdan daha tez sezməlisiniz. Möcüzə adı verilən kinoda bunlar bilirsinizmi niyə baş verir? Çünki hər bir filmdə mərkəzi yerdə insan faktoru dayanır. İnsan talelərindən bəhs edilir. İnsan faktoru da hər zaman sovet propaqandasının təşviq etdiyi “Dyadya Styopa” ola bilməz. Əyər-əskiklərimizlə bir KİNO adında Ayna var. Və o ayna evdəki aynadan fərqlənir. Bu, sadəcə, Bədii aynadır. Kinodur yəni... Hörmətli vəkillər, sizi sevirik və hüquq sistemimizin ayrılmaz hissəsi olduğunuzu qəbul edirik. Biz sizin emosional istirahətiniz üçün çalışırıq. Amma bu emosiyalar heç bir halda şəxsinizə qarşı yönələ bilməz. Bu, sadəcə, absurddur!"

# 2418 dəfə oxunub

Oxşar xəbərlər

2026-cı il Gənclər üçün Prezident mükafatları verilib - Siyahı

2026-cı il Gənclər üçün Prezident mükafatları verilib - Siyahı

18:01 30 yanvar 2026
Teatr Xadimləri İttifaqında Gənclər Gününə həsr olunmuş tədbir keçirildi

Teatr Xadimləri İttifaqında Gənclər Gününə həsr olunmuş tədbir keçirildi

16:27 30 yanvar 2026
Nizami Cəfərov: “Yazıçı kitabını küçədə sata bilməz”

Nizami Cəfərov: “Yazıçı kitabını küçədə sata bilməz”

15:30 30 yanvar 2026
Cəmiyyətə dəyər qatmağa çalışanları lağ obyektinə çevirənlər... - Əlisa Nicatın fəlsəfəyə aidiyyatı varmı?

Cəmiyyətə dəyər qatmağa çalışanları lağ obyektinə çevirənlər... - Əlisa Nicatın fəlsəfəyə aidiyyatı varmı?

15:00 30 yanvar 2026
Qadınlar səhər-səhər geyinəndə… - Riçard Brotiqanın hekayəsi

Qadınlar səhər-səhər geyinəndə… - Riçard Brotiqanın hekayəsi

14:40 30 yanvar 2026
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq

Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq

14:20 30 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər