Böyük qəzəl ustadı: Əliağa Vahid - 130

Böyük qəzəl ustadı:  Əliağa Vahid - 130
17 fevral 2025
# 13:00

Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi Əliağa Vahidin anadan olmasından 130 il keçir.

Kulis.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Böyük qəzəl ustadı Əliağa Vahid” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.

Qeyd edək ki, sərgidə böyük qəzəlxanın həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar və məqalələr təqdim olunub.

Əliağa Vahid kimdir?

Əliağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. İkinci Dünya müharibəsi illərində yazdığı əsərlərdə və “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında vətənə məhəbbət və qələbəyə inam hisslərini təbliğ edib.

# 3075 dəfə oxunub

Oxşar xəbərlər

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

13:30 28 oktyabr 2026
İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

13:24 28 oktyabr 2026
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya”  mövzusunda sessiya keçirildi

“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirildi

13:17 28 oktyabr 2026
"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

13:00 28 oktyabr 2026
“Mercury Prize”  mükafatının qalibi açıqlandı

“Mercury Prize” mükafatının qalibi açıqlandı

12:30 28 oktyabr 2026
Coşqun Xəliloğlu  Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

Coşqun Xəliloğlu Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

12:27 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər