Bakıda mozaika kompozisiyaları restavrasiya ediləcək

Bakıda mozaika kompozisiyaları restavrasiya ediləcək
17 yanvar 2025
# 12:42

Bakı şəhərinin bir sıra rayonlarında xalqımızın tarixi mədəni irsinin formalarından biri olan, şəhərimizin bəzi binalarını və parklarını bəzəyən mozaika kompozisiyaları mövcuddur. Əfsuslar olsun ki, xalq tətbiqi sənətinin geniş istifadə edildiyi bu formaya müvafiq diqqət yetirilmədiyindən XX əsrdə yaradılan mozaika kompozisiyalarında restavrasiya işləri aparılmasına ciddi ehtiyac yaranıb.

Kulis.az xəbər verir ki, bununla əlaqədar mövcud mozaika kompozisiyalarının bərpası ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən təşəbbüs irəli sürülüb və təşəbbüsündən irəli gələn məsələlər Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə müzakirə edilib.

Müzakirələrdən sonra məsələ ilə bağlı müvafiq komissiya yaradılıb, ilkin tədbirlər planı müəyyənləşdirilib. Rayon icra hakimiyyəti başçılarına rəhbərlik etdikləri rayonların ərazilərində inventarizasiya aparılması, mövcud mozaika kompozisiyalarının bərpa edilərək onlara nəzarətin artırılması ilə bağlı göstəriş verilib. Artıq bəzi ərazilərdə restavrasiya işlərinə başlanılıb.

Müşavirədə mövcud mozaika kompozisiyalarının daxil edildiyi albomun nəşr olunması qərara alınıb.

# 3655 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər