Azərbaycan “Bir Ud - Çoxlu Mədəniyyət” Forumunda

Azərbaycan “Bir Ud - Çoxlu Mədəniyyət” Forumunda
28 aprel 2025
# 13:30

5-7 may 2025-ci ildə Birləşmiş Ərəb Əmirliyinin 7-ci əmirliyi olan Fujairahdakı Gözəl Sənətlər Akademiyası “Bir Ud - Çoxlu Mədəniyyət” adlı üçüncü “Fujaira Beynəlxalq Ud Forumu”nu keçirəcək.

Kulis.az xəbər verir ki, forumda Hindistan, Özbəkistan, Türkiyə, Azərbaycan, İran, Misir, Suriya, Oman, İraq və İspaniya kimi ölkələrdən olan ud ifaçılarının, ustalarının iştirakı nəzərdə tutulub. Bundan əlavə, Mərakeş Krallığından xüsusi qonaqlar da forumda yer alacaqlar.

Azərbaycan bu maraqlı beynəlxalq foruma ilk dəfə dəvət alıb. Forumda Rəşad İbrahimov, Hinara Heydərova, Təbriz Yusubov, Nisbət Sadrayeva, İdris Hüseynov, Vüsal Bayramov, Rafael Əsgərov iştirak edəcəklər.

Qeyd edək ki, Fujairah Mədəniyyət və Yaradıcılıq Mərkəzində keçiriləcək Forumun açılış mərasimində müxtəlif millətləri təmsil edən 50 musiqiçidən ibarət orkestrin iştirakı ilə bir saatlıq musiqi proqramı təqdim olunacaq.

# 2014 dəfə oxunub

Oxşar xəbərlər

"Şeytan İncili"ni yazan okkultist yazıçı Anton Şandor LaVey kim idi?

"Şeytan İncili"ni yazan okkultist yazıçı Anton Şandor LaVey kim idi?

14:00 29 oktyabr 2026
Tanınmış müğənni Trampı məhkəməyə verdi - Səbəb

Tanınmış müğənni Trampı məhkəməyə verdi - Səbəb

13:30 29 oktyabr 2026
Məşhur film teatr səhnəsində nümayiş olundu

Məşhur film teatr səhnəsində nümayiş olundu

13:00 29 oktyabr 2026
“BAFTA”da pulsuz biletlər qalmaqalı –  Rəhbərlik qanunu pozub?

“BAFTA”da pulsuz biletlər qalmaqalı – Rəhbərlik qanunu pozub?

12:00 29 oktyabr 2026
“Qulliverin səyahətləri”nin  300 yaşı tamam oldu – Əsər niyə hələ də aktualdır?

“Qulliverin səyahətləri”nin 300 yaşı tamam oldu – Əsər niyə hələ də aktualdır?

11:20 29 oktyabr 2026
Beşillik fasilədən sonra yazdığı roman bestseller oldu

Beşillik fasilədən sonra yazdığı roman bestseller oldu

11:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər