Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində

Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində
13 may 2025
# 09:00

Ölkəmiz 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur.

Kulis.az xəbər verir ki, mayın 17-dək davam edəcək beynəlxalq sərgidə 40 ölkədən, o cümlədən Azərbaycan, Qətər, Fələstin, Səudiyyə Ərəbistanı Krallığı, Yəmən, İordaniya, Liviya, Tunis, Əlcəzair, Misir, Mərakeş, Fələstin, Türkiyə, Livan, Suriya, İran, Rusiya, Cin, Yaponiya, Koreya Respublikası, İndoneziya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, ABŞ və Fransadan Mədəniyyət nazirlikləri, nəşriyyatlar və kitab evləri iştirak edirlər.

Nüfuzuna, iştirakçı və ziyarətçi sayına görə fərqlənən Doha Beynəlxalq Kitab sərgisində Azərbaycan nəşrlərinin və oxu mədəniyyətinin təbliğ edilməsi mühüm əhəmiyyət kəsb edir.

Milli pavilyonumuzda Azərbaycan, ərəb və ingilis dillərində kitablar yer alıb. Bunlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi, 44 günlük Vətən Müharibəsi, Qarabağ xanlığı, Azərbaycanın memarlıq sənətinə dair kitablar sərgilənir.

Bundan əlavə, dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli haqqında ərəb dilində nəşr olunmuş kitablar ziyarətçilərə təqdim olunur.

Sərginin ziyarətçiləri Azərbaycan stendi ilə də maraqla tanış olurlar və onlara ölkəmiz haqqında kitablar və suvenirlər hədiyyə olunur.

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

18:40 14 oktyabr 2026
Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər