Alim Qasımov sabah cin çıxartsa, təəccüblənmərəm

Alim Qasımov sabah cin çıxartsa, təəccüblənmərəm
11 iyun 2025
# 15:25

Kulis.az Şəhriyar del Geraninin yeni yazısını təqdim edir.

Alim Qasımov toyda rep deyib. Yaxşı eləyib. Bizə bu da azdır. Sözüm onda yox. Adiliyin təntənəsini tapıb, yaşayır özü üçün. Alilikdə təntənə olmur onsuz da.

Seyid cəddinə inanan kimi Alim müəllim də səsinə inandı, Allahın bəxş etdiyi istedadın üstünə bir qram bilgi, bir damcı intellekt qoymadı bu fani ölkədə. 90% muğam ifaçıları, misal, Alim müəllim də nə oxuduğunu sözün həqiqi mənasında bilmədi, bilmir.

Baxırsan ümumən xanəndə əhlinə, görürsən gül kimi səsi, avazı, musiqi duyumu, di gəl, ədəbiyyatdan, şeirdən, qəzəldən min yol uzaqda dayanıb əksəriyyəti. Bilgisizlik də elə bir axmaq şeydir ki, ağzını açan kimi çənəndən axıb büsbütün üst-başına tökülür, ifadəmə görə üzr istəyirəm, qusuntu effekti yaradıb biabır eləyir adamı.

Hardasa, olardı 6-7 il qabaq. Fərqanə xanımla Sevda Ələkbərzadəni eyni kontekstdə tənqid etmişdim. İncimişdilər. Hətta Fərqanə xanım açıqlama vermişdi ki, “Bu, şəxsi qərəzdir”. Nə deyəsən?

İndi Alim bəy də rep deyib, öz işidir. Amma könül istərdi belə sənətkarlar öz obrazlarına xələl gətirməsinlər. Elə olsun, Füzulidən oxuyanda adam inansın ona. Dəyərli sənətkar dostumuz Mənsum İbrahimov saat reklamına çəkiləndə də reaksiya vermişdim, yanlış anlaşılmışdı.

Vallah, kefimdən etmirəm, təəssübünü çəkirəm deyə edirəm. Muğamsız, demək olar, bir günüm də yoxdur. Barmaqsayı sənətkarlar da belə edəndə, zərbə ən çox bizim kimi həssas adamlara dəyir. Rep də gözəldir, əladır. Amma yaxşı olardı repi Xose desin, Qaraqan, Uran, PRoMete, Xpert, Paster desin, Buzz, Rio, Saybu desin, Alim Qasımov yox.

Sənətkar üçün obraz ən vacib nəsnələrdəndir. Dədə Qorqud cins şalvar geyinə bilməz. Açığı, buna heç haqqı da yoxdur! Amma bu gedişlə, Alim Qasımov sabah cin çıxartsa, təəccüblənmərəm...

# 4636 dəfə oxunub

Oxşar xəbərlər

Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi

Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi

18:47 30 iyul 2025
1800 illik su paylayıcı sistem aşkar edildi

1800 illik su paylayıcı sistem aşkar edildi

17:40 30 iyul 2025
Bu dəfə baş rolda eşşək olacaq

Bu dəfə baş rolda eşşək olacaq

17:18 30 iyul 2025
Dişli canavar Labubu necə fenomenə  çevrildi?

Dişli canavar Labubu necə fenomenə çevrildi?

17:00 30 iyul 2025
Ölülərlə Tanrıların görüş yeri:  Arxeoloqlar ən qədim qapını tapdı

Ölülərlə Tanrıların görüş yeri: Arxeoloqlar ən qədim qapını tapdı

16:30 30 iyul 2025
Müğənni həyat yoldaşı tərəfindən qətlə yetirildi

Müğənni həyat yoldaşı tərəfindən qətlə yetirildi

16:09 30 iyul 2025
#
#
# # #