Alfredo Rodrigezin Bakıda konserti baş tutdu - FOTO

Alfredo Rodrigezin Bakıda  konserti baş tutdu - FOTO
5 iyul 2023
# 10:30

Beynəlxalq Bakı Yay Caz Günlərinin ikinci günü də coşqulu keçib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günləri çərçivəsində məşhur caz pianoçu Alfredo Rodrigez çıxış edib. Kubalı cazmenin Bakı konserti musiqiçinin dünya turnesi çərçivəsində baş tutub.

Konsert musiqiçilərin dinamik improvizələri və tamaşaçıların coşqulu anları ilə yadda qalıb.

Alfredo Rodrigez ilk dəfə 2006-cı ildə İsveçrənin Montre şəhərində keçirilən nüfuzlu caz festivalında diqqəti özünə cəlb edib. O, buna ecazkar caz improvizasiyaları ilə nail ola bilib. Həmin vaxtdan Alfredo Rodrigez sərhədsiz potensiala malik pianoçu kimi tanınmağa başlayıb.

2009-cu ildə Alfredo Rodrigez Amerika Birləşmiş Ştatlarına köçür və burada - cazın vətənində onun məharəti diqqətdən kənarda qalmır. O, “caz-latın amerika musiqisi-klassika” üçbucağında aparıcı ifaçlardan birinə çevrilir.

Rodrigezə Esperansa Spolding, Makkoy Tayner, Patti Ostin, Riçard Bona, Ueyn Şorter kimi məşhur musiqiçilərlə birgə ifa etmək nəsib olur.

"Premier LTD" agentliyinin təşəbbüsü və təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilən Beynəlxalq Bakı Yay Caz Günləri iyulun 7-nədək davam edəcək.

İyulun 5-də və 7-də isə Heydər Əliyev Mərkəzinin parkında açıq hava konsertləri keçiriləcək. Parkdakı konsertlərə giriş sərbəst olacaq.

# 2029 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər