Ukraynada Nizami Gəncəvinin heykəli ucaldılacaq

Ukraynada Nizami Gəncəvinin heykəli ucaldılacaq
2 iyun 2021
# 14:20

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq.

Kulis.az xəbər verir ki, bununla əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi ilə Xarkov Şəhər Şurası arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov imzalayıblar.

Anlaşma Memorandumunun imzalanma mərasimindən əvvəl çıxış edən İqor Terexov bildirib ki, azərbaycanlı soydaşlarımız Xarkovun inkişafında, bu şəhərdə həyata keçirilən bir çox sosial əhəmiyyətli layihələrdə fəal iştirak edirlər. Belə layihələrdən biri də Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədovun müəllifi olduğu Nizami Gəncəvinin abidəsinin ucaldılmasıdır.

“Adları dünya tarixinə qızıl hərflərlə yazılmış insanlar var. Belə şəxsiyyətlər arasında dahi mütəfəkkir Nizami Gəncəvi də var. Bu abidənin açılışı təkcə şəhər üçün deyil, həm də Ukrayna üçün əlamətdar bir hadisə olacaq”, - deyə İqor Terexov əlavə edib.

Onun sözlərinə görə, abidə demək olar ki, hazırdır və sentyabrın 1-dək heykəlin açılışı gözlənilir.

Səfir Elmira Axundova çıxışında qeyd edib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək, Ukraynanın Xarkov şəhərində mütəfəkkirin heykəli ucaldılacaq.

“Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. Bu dəstəyə görə Xarkov Şəhər Şurasına təşəkkürümü bildirirəm. Nizami Gəncəvinin abidəsinin Xarkovda ucaldılması tarixi hadisədir”, - deyə Elmira Axundova əlavə edib.

Səfir vurğulayıb ki, Ukrayna atdığı addımlarla Azərbaycanın yanında olduğunu sübut edib. “Biz bunu Azərbaycanın 44 günlük Vətən müharibəsində də şahidi olduq. Ukrayna dövləti Azərbaycanın haqlı mübarizəsini dəstəklədi, Ukrayna mətbuatı müharibə haqqında obyektiv məlumatlar yaydı”, - deyə diplomat söyləyib.

Elmira Axundova, həmçinin qeyd edib ki, Xarkov və Gəncə şəhərlərinin qardaşlaşması üçün müzakirələr aparılır. Yaxın gələcəkdə bununla bağlı sazişin imzalanması gözlənilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair Anlaşma Memorandumu imzalanıb.

# 2034 dəfə oxunub

Oxşar xəbərlər

Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

15:44 9 fevral 2026
"Söhbət ildə on beş manatdan gedir..." - AYB-dən hansı yazıçılar çıxarıldı?

"Söhbət ildə on beş manatdan gedir..." - AYB-dən hansı yazıçılar çıxarıldı?

15:44 9 fevral 2026
“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edildi

“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edildi

15:20 9 fevral 2026
“İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü gördü

“İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü gördü

15:00 9 fevral 2026
"Dədə Qorqud"da gizlədilən kodlar - Kamal Abdulla nəyi aşkar etdi?

"Dədə Qorqud"da gizlədilən kodlar - Kamal Abdulla nəyi aşkar etdi?

15:00 9 fevral 2026
“Qış nağılı”  II Beynəlxalq Musiqi Festivalı yekunlaşdı

“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı yekunlaşdı

14:27 9 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər