Sultan Süleymanın portreti İngiltərədə rekord məbləğə satıldı

Sultan Süleymanın portreti İngiltərədə rekord məbləğə satıldı
1 aprel 2021
# 10:45

Osmanlı imperiyasının 10-cu sultanı olan Sultan Süleyman Qanuninin portreti İngiltərədə hərracda rekord qiymətə satılıb.

Kulis.az xəbər verir ki, ilkin məbləğ olaraq 60 min funt sterlinqə (təxminən 142 min 500 manat) satışa çıxarılan portret 350 min funt sterlinqə (təxminən 830 min manata və) satılıb. Alıcı vergilərlə birlikdə portretə 438 min funt sterlinq (təxminən bir milyon 100 min manat və ya beş milyon türk lirəsi) ödəyəcək.

XVI əsrin sonu-XVII əsrin əvvəllərində çəkildiyi ehtimal edilən və çox nadir bir əsər hesab olunan portret mis çərçivəsi ilə birlikdə 44.5x39.8 santimetr ölçülərindədir. Portretin Möhtəşəm Süleymanın təxminən 43 yaşında İraqdakı Səfəviləri və Preveze dəniz döyüşündə səlib donanmasını məğlub etdikdən sonra gücünün zirvəsində olduğu bir dövrdə çəkildiyi irəli sürülür.

Osmanlı və Venediklilər arasındakı sənət mübadiləsinə işıq tutduğu düşünülən portret, XIX əsrdən bəri bir fransız ailəsinin xüsusi kolleksiyasında saxlanılıb.

“İslam dünyası və Hindistan sənətləri” mövzulu hərraca ümumilikdə 183 əsər təqdim edilib.

Hərracda Qanuni Sultan Süleymanın qızı Mihrimah Sultanın XVII əsrə aid portreti, müxtəlif dövrlərə aid müqəddəs “Qurani-Kərim” və səhifələri, Osmanlı zamanına aid müxtəlif kilim növləri və xalçalar da satılıb.

# 2630 dəfə oxunub

Oxşar xəbərlər

“80-i haqlamışam, mükafat verən yoxdur” - Dövlət sənətkara borcludurmu?

“80-i haqlamışam, mükafat verən yoxdur” - Dövlət sənətkara borcludurmu?

11:08 26 dekabr 2025
Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti

Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti

11:00 26 dekabr 2025
İlhamə Qasımova:  "Rihannanın mahnısı olmasaydı, Almaniyada uğurum daha böyük ola bilərdi" - Müsahibə

İlhamə Qasımova: "Rihannanın mahnısı olmasaydı, Almaniyada uğurum daha böyük ola bilərdi" - Müsahibə

10:57 26 dekabr 2025
“Toyda rəqs etməyəcəyəm!”  deyən qız necə əfsanəyə çevrildi?

“Toyda rəqs etməyəcəyəm!” deyən qız necə əfsanəyə çevrildi?

10:20 26 dekabr 2025
Misirin məşhur Memnon heykəllərinin bərpası tamamlandı

Misirin məşhur Memnon heykəllərinin bərpası tamamlandı

18:28 25 dekabr 2025
Bizi özlərinə müştəri edənlər – Verən razı, alan isə...

Bizi özlərinə müştəri edənlər – Verən razı, alan isə...

18:19 25 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər