Oğurluğa görə adam zəncirləyənlərin cəzası

Oğurluğa görə adam zəncirləyənlərin cəzası
17 fevral 2021
# 13:37

Hərdən elə insanlar, elə hadisələrlə rastlaşırıq ki, adam elə bilir yalandı, hansısa dramatik filmdən, ya da kitabdan götürülmüş bir fraqmentdi.

Bu gün də bir video gündəmə gəldi. Oğurluq etmiş bir şəxsi zəncirlə dirəyə bağlayıb videosunu çəkmişdilər.

İlahi!

“Cinayətkar”ın sadəcə bir su oğurladığını öyrənəndə isə lap dəhşətə gəldim.

İnsan nə qədər amansız, qəddar olmalıdır ki, bir qurtum su, ya bir tikə çörəyə görə kimisə belə “cəzalandırsın”.

Lap oğurladığı çox bahalı bir şey, məsələn zinət əşyası olsa da, heç kimin kimisə fərdi şəkildə, həm də bu cür cəzalandırmağa haqqı yoxdur.

Oxucular məni bağışlasın, əsəbimdən heç yazını da düz-əməlli yaza bilmirəm.

Hisslərimi söyüşlə ifadə etmək istəyirəm, amma buna da etik normalar icazə vermir.

Çünki ortada bir cinayət varsa, cəzanı müvafiq qurumlar verməlidir.

Bu, birmənalı şəkildə belə olmalıdır.

Və mənə görə, həmin videonu çəkən, adamı zəncirlə dirəyə bağlayan şəxs elə dünyanın ən böyük cinayətkarıdır. Ən böyük cəza da ona verilməlidir.

Axı sən kimsən ki, birini zəncirləyib videosunu çəkib sosial şəbəkədə paylaşırsan?!

Heçmi ləyaqətin, vicdanın, insanlığın yoxdu?!

Ey adamlar! Biri-birinizə qarşı daha mərhəmətli, daha xeyirxah və sevgi ilə yanaşmaq bu qədərmi çətindir?

Görəsən dünya həmişə belə olub? Həmişə belə olub adamlar?

Özünü ağa-nökər dövründə hiss edən bu adamlar niyə kif atmış düşüncələrindən xilas ola bilmir.

Xatırlayanda ki, ölkəmin məşhurları da, aşağı-yuxarı eyni təfəkkürdədi, adamın lap başından tüstü çıxır. Məşhur deyəndə müğənni Röyanı nəzərdə tututam. Müğənni bir müddət əvvəl onu sosial şəbəkədə təhqir edən bir izləyicisini fərdi yolla tapmış, onu qarşısına gətizdirərək özündən üzr istətmişdi...

Mənim sözüm yoxdu.

# 4760 dəfə oxunub

Oxşar xəbərlər

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

15:00 4 noyabr 2026
"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

15:00 4 noyabr 2026
Kiprin "Avroviziya 2027"dəki təmsilçisi bəlli oldu

Kiprin "Avroviziya 2027"dəki təmsilçisi bəlli oldu

14:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər