Nərgiz Cəlilova: “Bu günlərdə iştaham kəsilib”

Nərgiz Cəlilova: “Bu günlərdə iştaham kəsilib”
8 aprel 2020
# 17:42

“Ümid edirəm ki, pandemiya dövrü keçəndən sonra insanlar təbiətin təmizliyinə qarşı daha həssas olacaqlar”.

Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış teleaparıcı Nərgiz Cəlilova bildirib. Karantin günlərində vaxtını necə dəyərləndirməsindən bəhs edən teleaparıcı bu günlərdə kiçik həcmli esselər yazdığını deyir:

“Hamı kimi bu günləri mən də evdə keçirirəm. Başımı qatmağa çalışıram. Son vaxtlar nədənsə uzun-uzadı ədəbi materiallar oxumağa hövsələm çatmır. Ona görə də üstünlüyü şeir kitablarına verirəm. Şeir oxumaq mənə daha xoş gəlir. Çünki fikir oxuyan kimi tamamlanır və sonra düşünə bilirsən. Mən özüm də yazmağı çox xoşlayıram. Hətta deyərdim ki, bu mənim hobbilərimdən biridir. Kiçik duyğu yazıları yazmağı sevirəm. İndi də fürsət düşüb əlimə yazıram. Bu mənim yaxşı mənada zamanımı məşğul edir. Təbii ki, gün ərzində bir sata qədər vaxtımı idmana sərf edirəm. Eyvanda güllərim var onlarla məşğul oluram. Onlarla danışıram. Mənə ev işlərində kömək edən xanım da artıq neçə vaxtdır gəlib-gedə bilmir. Amma bu mənim üçün çox da çətinlik yaratmır. Əlimdən hər iş gəlir. Yaxşı yeməklər bişirirəm. Hər bir evdar xanım kimi evlərə bir balaca əl gəzidirirəm. Amma açığını deyim bu günlərdə iştaham kəsilib. Heç nə yemək istəmirəm. İndi bütün sənət adamlarının, bəzi həmkarlarımın əsas qayğısı odur ki, evdə qalıb yeyib kilo alacağıq. Amma mən belə görürəm ki, karantin müddətində nəinki kilo almaq hətta bir neçə kilo arıqlayacam. Yaxınlarımla telefonla danışıram. Mənim karantin günlərim belə keçir.”

Nərgiz Cəlilova pandemiya dövrünün bəşəriyətin, insanlığın özünə gəlməsi üçün bir işarə olduğunu düşünür.

“Bildiyiniz kimi bu il verilişə, efirə fasilə vermişəm. Amma Akademiyada dərslərimiz var idi. Gənclərlə məşğul olurduq. Ən çox ona heyfslənirəm ki, o dərslərə ara verməli olmuşam. Bizim işimiz geniş auditoriya ilə olduğu üçün onlayn dərs verə bilmirəm. Amma ümid edirəm ki, bu vəziyyət uzun müddət davam etməyəcək. Yəqin ki, yeni əhval-ruhiyyə ilə qayıdacağıq cəmiyyətə. Ekologiyanın təmizlənməsi baxımından bir az pozitiv yanaşmaq olar vəziyyətə. Ümid edirəm ki, bu pandemiya dövrü keçəndən sonra insanlar təbiətin təmizliyinə qarşı daha həssas olacaqlar. Amma bilmirəm bu nə dərəcədə mümkün olacaq. İnsan öz vərdişlərindən kənar ola biləcəkmi, pandemiyanın ciddiliyinə varıb sonradan öz həyat tərzini davranışını dəyişə biləcəkmi, bax onu bilmirəm... Düşünürəm ki, bu insanlığa bir işarədir. Bu günlər keçəndən sonra bir-birimizin, vaxtımızın, zamanımızın dəyərini daha yaxşı biləcəyimizi zənn edirəm”.

Uzun illərdir tək yaşadığını söyləyən teleaparıcı karantin günlərində təklikdən çox da sıxılmadığını, amma ən çox havada gəzmək üçün darıxdığını deyir:

“Mən ümumiyyətlə yalnız olduğuma görə özümlə tək qalan zamanlarım çox olur. Ona görə də bu mənim üçün bir yenilik deyil. Düşünməyə kifayət qədər vaxtım olur. Amma hava gözəldir, adam darıxır çıxıb gəzmək istəyir. Bu baxımdan hamı üçün bu yaz günlərində evə qapanmaq çətindir. Ancaq qaydalara əməl etməliyik. Yəqin ki, bu günlərin ömrü uzun olmayacaq".

# 3441 dəfə oxunub

Oxşar xəbərlər

Maddiyyat, yoxsa seçim... - Azərbaycanda evliliklər niyə azalıb?

Maddiyyat, yoxsa seçim... - Azərbaycanda evliliklər niyə azalıb?

13:22 6 may 2026
"Qadın kişini yumşaltmalı, amma zəiflətməməlidir..." - Ziqmund Freyddən aforizmlər

"Qadın kişini yumşaltmalı, amma zəiflətməməlidir..." - Ziqmund Freyddən aforizmlər

13:00 6 may 2026
Keti Perri Bakıya gəlir - Möhtəşəm şounun tarixi açıqlandı

Keti Perri Bakıya gəlir - Möhtəşəm şounun tarixi açıqlandı

12:40 6 may 2026
"Mərhəmət - insanlara pislik edənləri cəzalandırmaqdır..." - Robespyerin məşhur nitqlərindən sitatlar

"Mərhəmət - insanlara pislik edənləri cəzalandırmaqdır..." - Robespyerin məşhur nitqlərindən sitatlar

12:30 6 may 2026
Hər qoyuna öz dərisində dolaşmaq üçün şərait yaratmaq lazımdır... - Dünya tarixində ilk imtinaçı kim idi?

Hər qoyuna öz dərisində dolaşmaq üçün şərait yaratmaq lazımdır... - Dünya tarixində ilk imtinaçı kim idi?

11:30 6 may 2026
“Ulduzlu görüşlər” çərçivəsində növbəti görüş - Vəsimə İsmayılqızı

“Ulduzlu görüşlər” çərçivəsində növbəti görüş - Vəsimə İsmayılqızı

11:27 6 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər