Medianın “öldürdüyü” məşhurlar - Siyahı

Medianın “öldürdüyü” məşhurlar - Siyahı
19 may 2020
# 11:59

Günümüzdə sosial media tez-tez hələ həyatda olan bir məşhuru “öldürür”. “Feyzbuk”da hələ ölmədən “dəfn edilən” bir çox məşhur oldu.

Dünən gecə saatlarında sosial mediada daha bir məşhur sənətçinin, Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayıldı. Xəbəri birinci çatdırma təlaşına qapılan saytlar isə dayanmadan “sosial mediaya istinadən” Xalq artistinin ölüm xəbərini tirajlamağa başladı. Bu vaxt sənətkarla bağlı vida statusları start götürdü. Çox keçmədi, xəbərin dezinformasiya olduğu ortaya çıxdı. Lakin vida statisları son saatlara qədər davam etdi.

Gallery

Təbii ki, Zeynəb Xanlarova medianın “öldürdüyü” nə ilk, nə də son sənətkardır. Zeynəb xanıma qədər “Feyzbuk” istifadəçiləri kimləri öldürmədi ki?

2011-ci ildə şair Məmməd Aslanın ölüm xəbəri yayılmışdı.

Gallery

2014-cü ildə Xalq artisti Aygün Kazımovanın avtomobil qəzası zamanı öldüyü xəbəri yayıldı.

Gallery

2016-cı ildə Xalq artisti Arif Quliyev də medianın “öldürdüyü” məşhurlardan oldu.

Gallery

2016-cı ildə prodüser Tolik (Tarix Əliyev) Xalq artisti Kübra Əliyevanın ölüm xəbərini “İnstaqram”da paylaşmışdı.

Gallery

2017-ci ildə Faytonçu ləqəbilə tanınan müğənni Nazimin dostları tərəfindən sosial mediada uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişməsi xəbəri yayılmışdı.

Həmin il əməliyyat keçirən və ölüm xəbəri yayılan digər bir sənətçi isə aktyor Coşqun Rəhimov oldu.

Gallery

2019-cu ildə Xalq artisti Cavan Zeynallının ölüm xəbəri də bir xeyli səs-küyə səbəb oldu.

Gallery

Amma bu cür xəbərlərə “dünyanın heç bir yerində belə qeyri-peşəkarlıq” yoxdur reaksiyası verənlər üçün dünya mediasının “öldürdüyü” məşhur simaların da olduğunu xatırlatmaq istərdik.

Gallery

Medianın “öldürdüyü” ən maraqlı məşhur “Yeşilçam” filmlərinin ulduzu Filiz Akın olub. Aktrisanın ölüm xəbərinin yayıldığı illərdə hələ nə “Feysbuk”, nə “İnstaqram” vardı. Söhbət 1969-cu ildə Filiz Akının Londona müalicə üçün getməsindən dərhal sonra ildırım sürəti ilə yayılmağa başlayıb. Filiz Akının ölüm xəbəri Ankaranın “Hür Anadolu” və “Vətəndaş” kimi ciddi qəzetlərində manşet olub. O tarixdə “Altın Koza” Film Festivalına qatılmaq üçün Ankaraya gələn “Yeşilçam” ulduzları festival gecəsi aktrisanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gallery

Türkiyədə medianın tez-tez “öldürdüyü” məşhurlar Münir Özkul və Neşat Ertaş olub. Hər iki sənətkar yayılan xəbərlərdən sonra xeyli sonralar dünyasını dəyişmişdi.

Gallery

Məşhur Hollivud aktyoru Ceki Çanın ölüm xəbəri ildırım sürəti ilə dünya mediasına yayılmış və heyranlarını bir xeyli üzmüşdü.

Gallery

Mediada adı ölüm xəbərində hallanan məşhur ulduzlardan biri də Britni Sprisdir. Bu qadının başına gəlməyən qalmadı. Son illərdə isə tez-tez “öldü” xəbərləri yayılır. Sonra da çıxıb konsert verib, iddiaları təkzib edir.

Gallery

Mediada “ölənlər” arasında siyasətçilər də var. Məsələn ötən il Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri yayılmışdı. Bir neçə həftə əvvəl isə Şimali Koreyanını prezidenti Kim Çenin ölüm xəbəri dünya mediasını silkələdi.

Sosial medianın sağ ikən öldürdüyü məşhurlarla yanaşı ölən məşhurların hələ də həyatda olduğuna dair də zaman-zaman məlumatlar yayılır. Haqqında ölməyib həyatda olduğu iddiaları yayılan ən məşhur simalar Adolf Hitler, Yuri Qaqarin, Üsamə bin Laden, Səddam Hüseyn və Maykl Ceksondur.

Bu cür xəbərlər sosial medianın olmadığı zamanlarda ağızdan-ağıza dolaşaraq yayılırdı. Qeybətin çağ dəyişdirdiyi, medianın baxış sayına tutunduğu bir dövrdə belə xəbərlərdə məhz ənənəvi medianın sosial medianın tələsinə düşməməsi həmişə mümkün olmur.

# 4674 dəfə oxunub

Oxşar xəbərlər

“ANIMAFILM Lənkəranda” tədbiri keçiriləcək

“ANIMAFILM Lənkəranda” tədbiri keçiriləcək

16:30 4 may 2024
"Ədəbiyyat müharibəmi bitirirəm" - Həmid Herisçi Anarla görüşündən yazdı

"Ədəbiyyat müharibəmi bitirirəm" - Həmid Herisçi Anarla görüşündən yazdı

15:17 4 may 2024
Şahnaz Şahinin kitabı Təbrizdə çap olundu

Şahnaz Şahinin kitabı Təbrizdə çap olundu

13:45 4 may 2024
Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır

Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır

13:00 4 may 2024
Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açıldı

Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açıldı

11:40 4 may 2024
Azərbaycan Milli Xalça Muzeyində sərgi açıldı - "Xalçalarda yaşayan tariximiz”

Azərbaycan Milli Xalça Muzeyində sərgi açıldı - "Xalçalarda yaşayan tariximiz”

11:00 4 may 2024
# # #