Kamal Abdullanın yeni kitabı nəşr olundu

Kamal Abdullanın yeni kitabı nəşr olundu
19 avqust 2020
# 13:55

Xalq yazıçısı Kamal Abdullanın yeddi cildliyinin ikinci cildi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Xalq yazıçısı, akademik Kamal Abdullanın yeddi cildliyinin ikinci cildi işıq üzü görüb. İkinci cildinə müəllifin “Sirlərin sərgüzəşti” romanı, “Tarixsiz gündəlik” povesti və müxtəlif illərdə yazdığı hekayələri daxil edilib.

“Sirlərin sərgüzəşti” romanı 2019-cu ildə “Ədəbiyyat qəzeti”ndə his¬sə-hissə çap edi¬lib, daha sonra “Azərnəşr”də kitab şəklində işıq üzü görüb.

Roman öz polifonikliyi ilə müxtəlif zamanların mənəvi əlaqəsinin qırılmazlığın¬dan bəhs edir. Roman ayrı-ayrı zaman və məkanlarda yaşayan insanların – Hacı Mir Həsən ağa Səyyah və professor Həsən müəllimin mə¬nə¬vi-psixoloji dialoqları üzə¬rin¬də qurulub. Bu dialoqlar fonunda baş verən şəx¬si və ailə faciələri romanı göz¬lə¬nil¬məz situasiyalarla zənginləşdirmiş və oxu¬cu üçün daha maraqlı etmişdir.

Kitabdakı “Tarixsiz gündəlik” povesti müəllifin orta məktəb xa¬ti¬rə¬lə¬ri¬nin me¬lan¬xo¬liyasının anoxronik təsviridir. 2005-ci ildə Bakıda çap edilən po¬vest 2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azər¬bay¬ca¬nın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Əsər¬lər toplusu” adlı kitabda dərc edilib. Po¬vest rus və bolqar dillərində də işıq üzü görüb.

Xalq yazıçısı Kamal Abdullanın bu kitaba daxil edilən hekayələri möv¬zu zən¬gin¬li¬yi və problematika baxımından, həmçinin arxitektonikasına görə özü-özlüyündə müx¬təlif qruplarda birləşir. Bəzi hekayələr qə¬dim mifoloji mətnlərdən, bə¬zi¬lə¬ri müasir insanların həyatından, bəziləri isə sirli qəhrəmanların real, yaxud irreal mə¬kan¬da səyahətindən bəhs edir. Oxu¬cu bu hekayələrdə – mifoloji mətnlər, şəxsiyyətin tən¬halığı, insanların ağ¬lasığmaz arzularının reallaşması, insan səhvlərinin şəcərə və qram¬ma¬ti¬ka¬sının analizi, müəllif yuxularının sehrli alleqoriyalarla təsviri, qədim za¬man¬¬la müasir zamanın vəhdəti, zaman dəyişilmələrinin ruhunu və sə¬bə¬bi¬ni anlamaq cəh¬di, mifoloji qəhrəmanların müasir məkanlara per¬so¬ne¬fi¬ka¬si¬ya¬sı ilə qarşılaşır.

Hekayələrdəki xronotopların rəngarəngliyi oxucunu təəccübləndirir və onu göz¬lə¬mədiyi vəziyyətlərlə üz-üzə qoyur.

Kitaba daxil edilən hekayələr öncə Azərbaycanda müəllifin “Kə¬dər¬li seç¬mə¬lər” (Bakı, 2002), “Hekayələr” (Bakı, 2009), “Labirint” (Bakı, 2012), “Sirri-zəmanə” (Bakı, 2014) kitablarında, bir qismi rus dilinə tərcümə olu¬naraq Moskvada 2014-cü ildə çap olunan “Платон, кажется, за¬бо¬лел…” kitabında və bu kitabın Belqradda 2018-ci ildə serb dilində çap olu¬nan “Platon se izgleda razboleo…” nəşrində yer almışdır. Həm¬çinin bir çox he¬kayələr ölkəmizdə və dünyada nəşr edilən ədəbi jurnallarda, qə¬zet¬lərdə və almanaxlarda müxtəlif dünya dillərində çap edilmişdir.

Moskvada “Художественная литература” nəşriyyatı tərəfindən çap olu¬nan “Пла¬тон, кажется, заболел…” hekayələr kitabı “intellektual nəsrə ver¬diyi töhfə”yə görə Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mü¬kafata – “Qızıl Delviq”ə layiq görülüb.

Kitaba daxil edilən roman və hekayələrlə tanış olan oxucu bir daha əmin olur ki, Xalq yazıçısı Kamal Abdullanın söylədiyi əhvalatlar, qələmə al¬dığı bu çoxqatlı mətn¬lər nahaqdan müasir Azərbaycan intellektual nəs¬ri¬nin nümunələri kimi təqdim edilmir.

# 3048 dəfə oxunub

Oxşar xəbərlər

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
Bakıda Çinin "İrs Keşikçisi"  sənədli filminin Azərbaycan dilində nümayişi oldu

Bakıda Çinin "İrs Keşikçisi" sənədli filminin Azərbaycan dilində nümayişi oldu

16:00 14 avqust 2026
DiKapriodan yeni  layihə - Delfinlərlə bağlı

DiKapriodan yeni layihə - Delfinlərlə bağlı

13:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər