Gələn il mədəniyyətə nə qədər pul ayrılacaq? - Rəsmi

Gələn il mədəniyyətə nə qədər pul ayrılacaq? - Rəsmi
21 dekabr 2020
# 16:15

2021-ci il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla, mütləq ifadədə 418,2 milyon manat təşkil edəcək.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Həmin vəsaitin 177,5 milyon manatı və ya 42,4 faizi (2020-ci illə müqayisədə 2,2 milyon manat və ya 1,3 faiz çox) mədəniyyət və incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, mədəniyyət sarayları, evləri, mərkəzləri, teatrlar, musiqi kollektivlərinin saxlanılmasının maliyyə təminatına) xərclərinə, 67,5 milyon manatı və ya 16,1 faizi (2020-ci illə müqayisədə 15,5 milyon manat və ya 29,9 faiz çox) televiziya, radio və nəşriyyat xərclərinə, 54,0 milyon manatı və ya 12,9 faizi (2020-ci illə müqayisədə 2,2 milyon manat və ya 4,2 faiz çox) bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 119,2 milyon manatı və ya 28,5 faizi bu sahələrdə digər müəssisə və tədbirlərlə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Eyni zamanda qeyd olunmalıdır ki, 2021-ci il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahələrinə aid olan digər müəssisə və tədbirlərə ayrılmış xərclərin tərkib hissəsi olmaqla, Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclərə 6,5 milyon manat, Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması ilə bağlı xərclərə 6,4 milyon manat vəsait yönəldiləcək.

# 2983 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər