Beynəlxalq elektron musiqi ifaçıları Bakıya gəlir

Beynəlxalq elektron musiqi ifaçıları Bakıya gəlir
26 fevral 2020
# 17:31

Fevralın 28-də yerli və beynəlxalq elektron musiqi ifaçıları Bakıda bir araya gələcək.

Kulis.az xəbər verir ki,”Goethe Zentrum Baku” nun təşkilatçılığı ilə reallaşacaq tədbir M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi zalında gerçəkləşəcək.

Konsert çərçivəsində iki eksperimental elektron musiqi ifası səslənəcək. Belə ki, konsertdə Həzi Kərim və Anar Keytarmanın dueti, həmçinin niderlandlı modulyar- sintezator ustası Tomas Ankersmit öz dalğın və fleqmatik audio eksperimentləri ilə çıxış edəcəklər.

Gecə proqramı çərçivəsində sərt industrial musiqi Skalodromda ifa olunacaq. Moskvanın məşhur “Mutabor” klubundan Poima canlı duet ifa edəcək. Həmçinin gecədə Berlinin əfsanəvi “Trezor” klubunun nümayəndəsi və Almaniyanın texno səhnəsinin veteranı Pacou çıxış edəcək. Onlar səhnəni Reef, Leo Hazree və Tasktydusk ilə bölüşəcəklər.

Gallery

# 3505 dəfə oxunub

Oxşar xəbərlər

Hansı müğənni vəfat edəndən sonra üç günlük yas elan edildi?

Hansı müğənni vəfat edəndən sonra üç günlük yas elan edildi?

18:40 24 sentyabr 2026
Ağbaba-Çıldır aşıq sənətinin ustadlarına həsr olunan konsert

Ağbaba-Çıldır aşıq sənətinin ustadlarına həsr olunan konsert

18:00 24 sentyabr 2026
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açıldı

Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açıldı

17:30 24 sentyabr 2026
“Euronews”: "Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır"

“Euronews”: "Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır"

17:27 24 sentyabr 2026
Türkiyə Mədəniyyət Yolu Festivalı baş tutacaq

Türkiyə Mədəniyyət Yolu Festivalı baş tutacaq

17:00 24 sentyabr 2026
Niderland “Avroviziya”da yenidən iştirak edəcək

Niderland “Avroviziya”da yenidən iştirak edəcək

16:30 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər