Azərbaycan bayrağı – Günün şeiri

Azərbaycan bayrağı – <span style="color:red;">Günün şeiri
18 oktyabr 2020
# 11:03

Kulis.az 18 Oktyabr - Müstəqillik Günü münasibəti ilə tanınmış şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirini təqdim edir.

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər ötər,

Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı, –

Azərbaycan bayrağı !

Yağının min hiyləsi küydən, kələkdən keçər,

Sən sancılan ucalıq min-min ürəkdən keçər,

Dağlar yerindən oynar, daşlar ələkdən keçər,

Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-

Azərbaycan bayrağı !

Sən Arazın, Samurun umuduna bələndin,

Çəni ağlar Göyçənin buluduna bələndin,

Dərbəndin dərd hıçqıran sükutuna bələndin

O tayımda Savalan, bu tayımda Şah dağı,

Azərbaycan bayrağı!

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı, -

Azərbaycan bayrağı !

Sənsən Azadlıq eşqim, sənsən Hürr, - deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!

# 17273 dəfə oxunub

Oxşar xəbərlər

Raqif Raufoğlunun imza günü olacaq

Raqif Raufoğlunun imza günü olacaq

10:00 28 aprel 2024
Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

22:21 27 aprel 2024
Namiq Hacıheydərli vəfat etdi

Namiq Hacıheydərli vəfat etdi

19:59 27 aprel 2024
"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

16:50 27 aprel 2024
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

16:30 27 aprel 2024
Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

15:30 27 aprel 2024
# # #