Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü

Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
23 yanvar 2021
# 15:30

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan kino səlnaməsi” ikicildliyinin birinci cildi nəşr olunub.

Kulis.az xəbər verir ki, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin qələmə aldığı kitabın birinci cildi 1898-2018-ci illərdə istehsal olunan tammetrajlı və qısametrajlı bədii və televiziya ekran əsərlərinin filmoqrafiyasını əhatə edir.

Kitabda Azərbaycan kinematoqrafiyasının keçdiyi yola nəzər salınıb, inkişaf mərhələləri araşdırılıb. Ötən əsrin əvvəllərində Azərbaycan kinosunda qadın rollarının digər millətlərdən olan aktrisaların oynadığı vaxtda ilk dəfə azərbaycanlı Mərziyə Davudovanın, Əzizə Məmmədovanın 1928-ci ildə çəkilmiş “Hacı Qara” filmində iştirak etməsi, bir il sonra gənc qız İzzət Orucovanın “Sevil” filmində baş rola çəkilməsi və digər aktrisalarımızın çəkildikləri filmlər haqqında salnamədə ətraflı məlumat verilib.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab kino mütəxəssisləri, mədəniyyət, incəsənət, televiziya, mətbuat işçiləri, kino həvəskarları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Aydın Kazımzadənin müəllifi olduğu “Azərbaycan kinosu” izahlı kataloqunun I və II cildində də 1898-2002-ci illərdə istehsal olunan xronikal-sənədli, elmi-kütləvi, sifariş və tədris filmləri tam əhatə edilib.

# 3053 dəfə oxunub

Oxşar xəbərlər

DiKapriodan yeni  layihə - Delfinlərlə bağlı

DiKapriodan yeni layihə - Delfinlərlə bağlı

13:00 14 avqust 2026
Stiven Spilberq fəxri mükafatla təltif ediləcək

Stiven Spilberq fəxri mükafatla təltif ediləcək

12:30 14 avqust 2026
"Məzhəb dövlətin ideoloji sütununa çevriləndə..." - Şah İsmayıl tarixi şəxsiyyətdir, yoxsa müqəddəsləşdirilmiş sima?

"Məzhəb dövlətin ideoloji sütununa çevriləndə..." - Şah İsmayıl tarixi şəxsiyyətdir, yoxsa müqəddəsləşdirilmiş sima?

12:00 14 avqust 2026
Tanınmış musiqiçi  vəfat etdi – Səbəb

Tanınmış musiqiçi vəfat etdi – Səbəb

11:50 14 avqust 2026
"Bu dünyada hər şey çox vaxt planlaşdırılmadan olur..." -  Faiq Xudanlı

"Bu dünyada hər şey çox vaxt planlaşdırılmadan olur..." - Faiq Xudanlı

11:25 14 avqust 2026
Bakıda gənc rəssamların sərgisi açıldı

Bakıda gənc rəssamların sərgisi açıldı

10:50 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər